Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Bu gərginlik Azərbaycanı narahat edir...” - Prezidentin köməkçisi

“Bu gərginlik Azərbaycanı narahat edir...” - Prezidentin köməkçisi


Rusiyanın Sputnik Beynəlxalq İnformasiya Agentliyinin Azərbaycanda fəaliyyətə başlamasının bir ili tamam olur. "Yenimeydan.info" Sputnik Azərbaycan-ın 1 yaşı ərəfəsində, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun agentliyə verdiyi müsahibəsini təqdim edir:



- Əli müəllim, mayın 25-də Sputnik beynəlxalq xəbər agentliyinin Azərbaycanda fəaliyyətə başlamasından 1 il ötür. Bu dövr ərzində agentliyimiz tərəfindən görülən işləri necə qiymətləndirirsiniz?



- Azərbaycanda fəaliyyətə başlamasının bir ili münasibətilə Sputnik beynəlxalq xəbər agentliyini təbrik edir və kollektivinizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Sputnik hazırda dünyanın digər çoxsaylı ölkələrində olduğu kimi, Azərbaycanda da müvəffəqiyyətlə fəaliyyət göstərir və nüfuzlu media orqanları sırasında özünəməxsus yer tutmağa çalışır. Bizim üçün önəmli olan odur ki, agentliyin kollektivi fəaliyyət göstərdiyi digər ölkələrdə olduğu kimi, Azərbaycanın da qanunlarına, tarixinə və xalqımızın mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşsın, beynəlxalq jurnalistika standartlarına uyğun obyektiv xəbər daşıyıcısı funksiyasını yerinə yetirsin. Əlbəttə, informasiya bolluğu şəraitində öz auditoriyası üçün hamıdan əvvəl, operativ və fərqli xəbər təqdim etmək istəyi bəzən beynəlxalq KİV-ləri yerli cəmiyyətlərlə üz-üzə qoyur. Düşünürəm ki, 2015-ci ildən Azərbaycanda fəaliyyətə başlayan Sputnik Azərbaycan, bir il müddətində özünün əsas texniki-təşkilati məsələlərini həll edərək operativ informasiya istehsalına başlaya bildi. Ötən dövr ərzində agentliyin fəaliyyətinin qısa dəyərləndirilməsi onu deməyə əsas verir ki, kollektiviniz həm öz jurnalist prinsiplərinə sadiq qalaraq ictimaiyyətin alternativ informasiya ehtiyacının ödənilməsində layiqincə iştirak etdi, həm də fəaliyyəti ilə Rusiya — Azərbaycan münasibətlərinin dərinləşməsinə töhfə verdi.



Fikrimizcə, Sputnik getdikcə strateji xarakter alan Rusiya-Azərbaycan əlaqələrinin xarakterini, yerli ictimaiyyətin həssaslıqla yanaşdığı məsələləri nəzərə alır, xəbər kontentini peşəkarlıqla, jurnalistikanın etik davranış qaydalarına uyğun təqdim edir. Müstəqillik illərində söz və məlumat azadlığının həyat normasına çevrildiyi, KİV-lərin müstəqil fəaliyyəti üçün zəruri şəraitin təmin olunduğu Azərbaycanda qanunlar çərçivəsində fəaliyyət göstərən hər bir xarici KİV-in, o cümlədən də Sputnik agentliyinin gələcəkdə yeni uğurlara imza atmaq və böyük media ailəsinin bir parçasına çevrilmək şansı yüksəkdir.



Hazırda Azərbaycan nəhəng transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində aparıcı rol oynayır, günü-gündən müasirləşən Bakı şəhəri isə qlobal məsələlərin müzakirə olunduğu dünya səviyyəli tədbirlərə uğurla ev sahibliyi edir. Ölkəmizin artan beynəlxalq nüfuzu, geostrateji əhəmiyyəti, regional liderliyi, demokratik, tolerant mühiti onun dünya mediası üçün cəlbediciliyini şərtləndirən əsas amillərdir. Azərbaycan fikir plüralizminə, müxtəlif dünyagörüşlərini əks etdirən müzakirələrə, məlumat mübadiləsinə açıq olmaqla yanaşı, həm də öz həqiqətlərinin ədalətli və balanslı şəkildə beynəlxalq informasiya şəbəkələrində yayılmasında maraqlıdır. Buna görə də biz Azərbaycanda fəaliyyət göstərən hər bir xarici KİV-i həm də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, daxili və xarici siyasəti haqqında obyektiv məlumatları dünyaya yayan bir vasitə kimi qiymətləndiririk. Bu mənada Sputnik agentliyi həm də Rusiya ilə bizim ölkə arasında informasiya mübadiləsinin dolğunlaşmasına, Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə, dünyadakı rusdilli auditoriyaya çatdırılmasına əməli töhfə verir.



- Xalqlar və dövlətlər arasında əlaqələrin inkişafında, konkret olaraq Rusiya-Azərbaycan münasibətlərinin genişlənməsində medianın rolunu necə qiymətləndirirsiniz?



— İnformasiya bütün dövrlərdə cəmiyyət həyatının, ictimai münasibətlərin, beynəlxalq əlaqələrin formalaşması və inkişafında mühüm rol oynayıb. Hazırda biz bütün ölkələri əhatə edərək insanların və ümumilikdə kütlələrin şüuruna ciddi təsir göstərən qlobal informasiya şəbəkəsinin formalaşması dövrünü — informasiyalı cəmiyyətin yaranması mərhələsini yaşayırıq. İnformasiyanı təhlil edərək, ictimai fikrin formalaşması və ifadə olunmasını təmin edən təsirli vasitə kimi KİV-lərin əhəmiyyəti və cəmiyyət həyatında rolu, habelə beynəlxalq münasibətlər sisteminin formalaşmasına, dövlətlər və xalqlar arasında əməkdaşlığın inkişafına təsiri durmadan artır. Hər bir dövlət, o cümlədən Azərbaycan və Rusiya kimi ölkələr daxili və xarici siyasətlərinin öncül istiqamətlərini toplanmış və təhlil edilmiş informasiya əsasında müəyyənləşdirirlər.



Yaxın qonşu və strateji tərəfdaş kimi ölkələrimiz arasında münasibətlərin ənənələrə söykənən zəngin tarixi var. Həm çoxəsrlik müştərək tarix, həm də güclü siyasi əlaqələr, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin arasında qarşılıqlı etimad, səmimi münasibət, yüksək səviyyəli dialoq digər sahələrdə qarşılıqlı əməkdaşlığın getdikcə möhkəmlənməsini şərtləndirən başlıca amillərdir. Ölkələrimiz arasında siyasi, iqtisadi, elmi-texniki, hərbi, humanitar və digər sahələrdə yüksək səviyyəli əməkdaşlıq əlaqələrini tənzimləyən onlarla dövlətlərarası normativ-hüquqi akt vardır.



Təbii ki, xalqlarımız arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsində hər iki ölkənin kütləvi informasiya vasitələri əhəmiyyətli rol oynayır. Media dinamik və innovativ yeniliklərə daha açıq olduğundan, orada cəmiyyətlərimizdə hökm sürən əhval-ruhiyyə, qarşılıqlı əlaqələrin xarakteri qabarıq formada özünü göstərir. Bilirsiniz ki, Azərbaycan cəmiyyətinin bir hissəsi, xüsusilə intellektual təbəqə uzun illərdir rus dilində informasiya alır, bu dildə yenilikləri mənimsəyir. Çünki Sovet İttifaqı dağıldıqdan sonra bir çox post-sovet respublikalarından fərqli olaraq, Azərbaycanda rus dilinin əhəmiyyəti, ona olan maraq azalmadı. Ölkəmizdə rusdilli ali və orta məktəblər fəaliyyətini davam etdirdi, bir çox təhsil ocaqlarında rus sektorları vardır. Azərbaycanda çoxlu sayda rus dilində media orqanı fəaliyyət göstərir, aparıcı internet resurslarının isə rusdilli versiyaları mövcuddur. Əlbəttə, bütün bunlar Azərbaycanda rus xalqına, onun mədəniyyətinə və dilinə olan hörmətin əyani təzahürüdür.



Hesab edirəm ki, Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi KİV-lər arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərir, onları konstruktiv, sağlam, obyektiv informasiya siyasəti həyata keçirməyə sövq edir, qarşılıqlı məlumat mübadiləsini gücləndirir. Məsələn, həm Azərbaycan, həm də Rusiya KİV-lərinin nümayəndəlikləri ölkələrimizdə uğurla fəaliyyət göstərir, dövlət agentlikləri arasında tərəfdaşlıq əlaqələri mövcuddur və daimi əsasda informasiya mübadiləsi həyata keçirilir, maarifləndirmə, məlumatlandırma, təhsil və digər sahələri əhatə edən birgə layihələr həyata keçirilir. Bütün bunlar həm də cəmiyyətlərimizdə baş verən hadisələr və cərəyan edən proseslər haqqında düzgün informasiya almaq üçün etibarlı zəmin yaradır. Nəticə etibarilə media dövlətlərarası münasibətlərin inkişafına, xalqlar arasında qarşılıqlı anlaşmanın, mehriban qonşuluq və dostluq münasibətinin güclənməsinə, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın genişlənməsinə ciddi təsir göstərən önəmli vasitədir.



- Ancaq həqiqətdir ki, bir sıra hallarda həm Azərbaycan, həm də Rusiya mediasında təqdim olunan materiallar ictimaiyyət arasında narahatlıq üçün əsas yaradır…



- Təəssüf ki, belə hallar hələ də mövcuddur. Əlbəttə, razılaşmalıyıq ki, demokratik ölkələr kimi həm Rusiya, həm də Azərbaycanda çoxsaylı KİV-lər tam sərbəst şəkildə fəaliyyət göstərir, heç bir kənar müdaxilə olmadan informasiya əldə etmək və yaymaq hüququnu həyata keçirirlər. Hər iki cəmiyyətdə söz və məlumat azadlığı, fikir plüralizmi təmin olunub, insanların sərbəst şəkildə öz mövqelərini ifadə etməsinə maneə yaradılmır. Mediada qarşılıqlı maraq doğuran məsələlər müxtəlif prizmalardan şərh edilir, onların arasında qeyri-obyektiv təqdimatlar, rəylər də müşahidə olunur. Lakin bu meyl tendensioz xarakter alırsa, məlumatlar yalnız birtərəfli qaydada, hər hansı ölkənin milli maraqlarına zidd təqdim edilirsə, təbii ki, narahatlıq üçün əsas yaranır.



Sirr deyil ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli Azərbaycan cəmiyyəti üçün ən həssas və mühüm məsələdir.BMT başda olmaqla, bütün beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri, o cümlədən də Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Məlumdur ki, bu il aprelin əvvəlindəErmənistan hərbi birləşmələrinin davamlı təxribatları nəticəsində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində vəziyyət yenidən gərginləşdi və Azərbaycan Ordusu düşmənə cavab verərək onu geri oturtmağa məcbur etdi. Nəticədə Ermənistan silahlı qüvvələri ciddi texnika və insan itkisinə məruz qaldı, həmçinin işğal altında saxladığı ərazilərin bir qismini boşaltmağa vadar edildi. Təəssüf ki, bu hadisələr bəzi Rusiya KİV-lərində, hətta bir neçə aparıcı media orqanlarında balanslı təqdim olunmadı, faktlar təhrif edildi, kifayət qədər əsassız fikirlər səsləndirildi, daha çox Azərbaycan ərazilərini 20 ildən artıqdır ki, işğal altında saxlayan Ermənistanın mövqeyinin işıqlandırılmasına və şərhinə üstünlük verildi. Aydındır ki, Rusiyada böyük erməni diasporu fəaliyyət göstərir. Onlar da Rusiya mediasına ciddi təsir imkanları əldə etməyə, Ermənistan dövlətinin maraqlarına uyğun ictimai rəy formalaşdırmağa çalışırlar. Belələrinin əsas məqsədlərdən biri də Rusiya ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini sarsıtmaq, hər iki ölkənin ictimaiyyəti arasında narazılıq yaratmaqdır. Hətta bir sıra analitik proqramlarda erməni ekspertləri Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginlikdən sui-istifadə etməyə və cəmiyyətdə Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışdılar. Bütün bunlar da, təbii olaraq Azərbaycan ictimaiyyətində müəyyən narazılıq doğurdu.



Buna görə də istər Rusiyada, istərsə də Azərbaycanda KİV-lər dövlətlərarası münasibətlərin xarakterini nəzərdən qaçırmamalı, müxtəlif kənar qüvvələrin təsiri altına düşməməli, ictimai rəyə yanlış məlumatların təlqin edilməsi və manipulyasiya imkanlarını maksimum məhdudlaşdırmalıdırlar. Biz hər hansı media qurumunun üzərinə öhdəlik qoya, onun işinə müdaxilə edə bilmərik. Hesab edirik ki, obyektivlik, bitərəflik, qərəzsizlik medianın başlıca fəaliyyət prinsipləri olmalı, materialların təqdimatında ölkələrimizin milli maraqları, qarşılıqlı əlaqələrin mahiyyəti, habelə mövcud reallıqlar mümkün qədər nəzərə alınmalıdır.



- Siz Rusiya ilə Türkiyə arasında münasibətlərin kəskinləşməsi məsələsinə toxundunuz. Hər iki dövlətlə sıx əlaqələri olan Azərbaycan necə davranır, hansı mövqeni nümayiş etdirməyə çalışır?



— Əlbəttə, Rusiya ilə Türkiyə arasında müşahidə olunan gərginlik Azərbaycanı narahat etməyə bilməz. Çünki Azərbaycan hər iki dövlətlə yüksək səviyyəli, strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Digər tərəfdən, yaşadığımız regionun iki böyük ölkəsi arasında hər hansı problem dərhal bütün bölgənin sabit inkişafına mənfi təsir göstərir. Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Dövlət başçısı Azərbaycan tərəfinin Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylər göstərməyə hazır olduğunu ifadə etmişdi. Buna görə də biz Rusiya ilə Türkiyə arasında gərginliyin, ikitərəfli münasibətlərə kənar təsirlərin aradan qaldırılmasına çalışırıq. Rusiya və Türkiyənin öz səylərini ortaq maraqlar üzərində davam etdirməsi, keçmişə deyil, gələcəyə istiqamətlənmiş birgə fəaliyyəti həm regionumuz, həm də Azərbaycan üçün çox vacibdir.



- Əli müəllim, sonda Sputnik beynəlxalq informasiya agentliyinin Azərbaycanda gələcək fəaliyyəti ilə bağlı fikirlərinizi öyrənmək istərdik…



— Ümid edirəm ki, qarşıdan gələn dövrdə ölkələrimizin qarşısında duran strateji vəzifələr həyata keçiriləcək, xalqlarımız inkişaf və tərəqqi şəraitində gələcəyə doğru inamla irəliləyəcəklər. Həm Rusiya, həm də Azərbaycan regionun sabit, sülh və təhlükəsizlik şəraitində inkişafı üçün çalışır və bu sahədə yaxından əməkdaşlıq edirlər. Növbəti illərdə Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf edəcəyinə də heç bir şübhə yoxdur. Buna görə də hər iki ölkənin KİV-ləri, o cümlədən də Sputnik agentliyi dövlətlərimiz və xalqlarımız arasında mehriban dostluq münasibətlərinin daha da dərinləşməsi üçün səylərini əsirgəməməli, kənar təsirlərdən uzaq olmalı və qarşılıqlı maraq doğuran məsələlərin həyata keçirilməsinə hərtərəfli dəstək verməlidirlər. Bu işdə Sputnik beynəlxalq informasiya agentliyinə uğurlar və gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayıram.


Teqlər:
Bu xəbər cəmi 790 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR