Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Masazır bələdiyyəsini MTN generalı Akif Çovdarova nə birləşdirir?

Masazır bələdiyyəsini MTN generalı Akif Çovdarova nə birləşdirir?


Abşeron rayon Masazır bələdiyyəsi respublikada ən böyük bələdiyyələrdən biridir. Bələdiyyə sədri Əliyev Siyanfər Muzəffər oğlu Masazır bələdiyyəsi formalaşdığı gündən həmin bələdiyyəyə sədr seçilmiş və bu günə kimi bələdiyyə sədri kimi fəaliyyət göstərir. Masazır kəndi Abşeron rayonunda ərazisinə və təbiətinə görə xüsusilə fərqlənir. Masazır bələdiyyəsinin 2000 ha qədər torpaq sahəsi vardır. Bələdiyyə büdcəsi, torpaq və əmlak vergisi, mənfəət vergisi, reklam və digər vergiləri və əsasən fiziki və hüquqi şəxslərə bilavasitə və açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaqların satışından gələn maliyyə vəsaiti hesabına formalaşır. Bundan başqa Masazır kəndində zibil pulu və qəbirstanlıqdan da bələdiyyə büdcəsinə gəlir gəlməli idi. Lakin son 5 ildə Masazır qəbirstanlığından və zibil pulundan büdcəyə cüzi pullar daxil olmuş, bələdiyyə sədri həmin pulları nəğd şəkildə mənimsəyib. 



Bildiririk ki, ”Qurtuluş-93” və “Yeni Bakı” yaşayış massivləri kimi böyük yaşayış komplekslərindən və “ŞOK” və digər böyük və kiçik marketlərindən zibil pulu kimi hər ay külli miqdarda vəsait bələdiyyə büdcəsindən yayınıb, birbaşa bələdiyyə sədri Siyanfər Əliyev mənimsəyib. Sahibkarlıq məqsədi ilə verilmiş torpaqların vergilərini isə iki hissəyə bölüb, bir hissəsini bir qrup şəxslərlə bələdiyyə sədri birləşib mənimsəyib, bir hissəsini isə büdcəyə mədaxil ediblər. Bələdiyyə büdcəsindən iclasın qərarı ilə kəndin abadlaşması, bələdiyyə mülkiyyətinə, su, zibil tullantılarının daşınması üçün maşınlar eyni zamanda, ekskavator-yükləyici texnikaları alınıb. Lakin həmin texnikaların alınması zamanı bələdiyyə sadri S.ƏIiyev təkbaşına, heç kimlə məsləhətləşmədən öz marağını təmin etmək məqsədilə həddindən artıq qiymət şişirtmələrinə yol verib. Belə ki, bələdiyyə mülkiyyətinə alınmış texniki cəhətdən nasaz olan Kamaz markalı su maşını dəyərindən çox baha qiymətə alınıb. Həmin su maşını bir müddət işlədikdən sonra tam yararsız hala düşüb, onun təmiri üçün əsassız olaraq bələdiyyə büdcəsindən pul silinib. 



Minik maşını olan Niva Şevralit maşını il ərzində bir neçə dəfə cari təmirə saxlanılıb, onun təmirinə dəyərindən bir neçə dəfə artıq pul xərclənib. Bir neçə il əvvəl baha qiymətə alınmış ekskavator-yükləyici artıq istifadəyə tam yararsız hala duşüb. Onu da qeyd edirik ki, həmin ekskvator MTN-in müavini Akif Çovdarovun Masazırda yerləşən parniklərində uzun müddət arenda kimi işləmişdir. Lakin həmin vəsait sədr tərəfindən mənimsənilib, bələdiyyə büdcəsinə mədaxil edilib. Masazır bələdiyyəsi tərəfindən Baki - Sumqayıt şossesinin kənarında, eyni zamanda Masazır kəndinin mərkəzi hissəsi olan Ə.Vahid küçəsi boyunca onun hər iki tərəfində və Zəngilan qaçqınları üçün tikilmiş yeni yaşayış kompleksinə qədər olan ərazidə əkilmiş dekarativ ağacların sayı və qiyməti bilərəkdən şişirdilib, bunun da nəticəsində bələdiyyə sədri S.M Əliyev tərəfindən bələdiyyə büdcəsinə xeyli ziyan dəyib. Bələdiyyə sədri öz şəxsi mənafelərini təmin etmək üçün bələdiyyə mülkiyyətində olan 100 ha-la torpaq sahəsini satıb. 



Bununla da o, öz səlahiyyət həddini aşaraq korrupsiya cinayətlərinə yol vermişdir. Bələdiyyə sədri S.M.ƏIiyev böyük bir sahibkara çevrilmiş, Masazır kəndində özünə üçmərtəbəli Brilliant şadlıq sarayı, Luqano ailəvi-istirahət kompleksi, sayı 10-a qədər olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün obyektlər tikmişdir. Onun Xırdalan şəhərində 28 ədəd 8 sot, hər birinin bazar qiyməti 120000 (yüz iyirmi min) manat olmaqla 28 ədəd, Sumqaıt yolunun Saray qəsəbəsinə aid bir neçə hektar, sədri olduğu Masazır qəsəbəsində də Masazır-Novxanı yolunun sol tərəfində 4 hektar torpaq sahələrini müxtəlif adamların adına sənədləşdirərək götürüb. Masazır qəsəbəsində yerləşən Brilliant şadlıq evinin tək içərisinə yığdığı avadanlıqlara bir milyon manat pul sərf edib. Bu şadlıq evinin tikintisinə isə bir neçə milyon manat pul sərf edilib. Yazıb “Gündəm Xəbər” qəzetinə bildiririk ki, Masazır Bələdiyyəsinin büdcəsi korrupsioner bələdiyyə sədri S.ƏIiyev tərəfindən talanmaqdadır.Torpaq satışından və vergidən formalaşan büdcəni müxtəlif vasitələrlə qeyri-qanuni mənimsəyir. Son zamanlar isə torpaq satışını köhnə sovxoz qərarları ilə həyata keçirir və bu da büdcəyə gələn



gəliri azaldır. Torpaq Köhnə sovxoz qərarları ilə sənədləşdirilərkən Bələdiyyə büdcəsinə hərracın son qiymətinə uyğun olaraq hər bir sotuna görə 800-850 manat pul məbləğində vəsait köçürülmür və bu məbləği Masazır bələdiyyəsinin sədri S.ƏIiyev birbaşa özü mənimsəyir. Bildiririk ki, bu hallar dəfələrlə təkrar olunur və Masazır bələdiyyəsinin büdcəsinə külli miqdarda ziyan dəyib. Harınlamış bələdiyyə sədri cənab Prezidentin qəbul etdiyi qanunları da kobud şəkildə pozur. Ölkə prezidentinin 23 noyabr 2007-ci il tarixli, 2523 saylı fərmanı ilə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» qanuna edilən dəyişikliklər nəticəsində bələdiyyə torpaqlarının birbaşa satışı qadağan edilib. Qanunun 9.1-ci maddəsinə edilən dəyişikliyə görə, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu qanunun qəbul olunmasına baxmayaraq 14 mart 2008-ci ildə birbaşa vətəndaşla alqı-satqı edib torpaq satışı ilə məşğul olub. Bir neçə sənəd bu haqda ərizəyə əlavə edirik. Belə faktlar artırmaq olar. Bələdiyyənin sədri S.Əliyev Bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verir, bələdiyyə qərarlarının icrasını təmin etmir. Bələdiyyə büdcəsini aidiyyatı üzrə xərcləmir və bələdiyyə üzvləri ilə razılaşdırmır. Dəfələrlə ona etdiyimiz şifahi xəbərdarlığa baxmayaraq, özbaşına hərəkətlərini davam etdirir. Masazır-Novxanı yolunun işıqlanmasına dəfələrlə pul vəsaiti ayrılıb və xərclənməyib, bələdiyyə sədri tərəfindən mənimsənilib. Son dəfə 2015-ci ildə 45000 (qırx beş min manat) bələdiyyə büdcəsindən vəsait ayrılıb, bu məbləğin işıqlanmaya kiçik bir hissəsi xərclənib, qalan hissəsini də yenə sədr mənimsəməyə hazırlaşır. Onun qanunsuz hərəkətləri bu gündə davam edir. 



O, Masazır bələdiyyəsini öz şəxsi mülkiyyəti kimi idarə edir. Bu günə qədər zibil pulundan Masazır bələdiyyəsinin büdcəsinə cüzi vəsait daxil olub, nəğd şəkildə bələdiyyə sədri hər ay on minlərlə manat pulu mənimsəyib. Təkcə onu qeyd etmək istəyirik ki, “Qurtuluş-93” yaşayış kompleksindən zibil pulu bir ay üçün 3 min manat vəsaiti mənimsəyir. Masazır qəbiristanlıqdan isə gələn gəlirlərin də çox hissəsini mənimsəyir. Yuxarıda yazılanlara əsaslanaraq Sizdən xahiş edirik ki, Masazır bələdiyyəsinin sədri Əliyev Siyanfər Müzəffər oğlunun hərəkətlərində korrupsiya hüquqpozmaları ilə bağlı əlamətləri mövcud olduğuna görə onun haqqında xüsusi araşdırma aparılması barədə göstəriş verəsiniz. Yazıda qeyd olunan ağır korrupsiya faktları ilə bağlı “Gündəm Xəbər”ə ünvanlanan müraciətin surətləri, Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Z.Qaralova Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini cənab Z.Nağdəliyevə və Abşeron rayon prokuroru cənab R.Seyidova Bir qrup Masazır Bələdiyyə üzvləri tərəfindən göndərilmişdir. Səsləndirilən ittihamlarla bağlı qarşı tərəf olan Siyanfər Əliyevlə əlaqə saxlaya bildik. Siyanfər Əliyev deyilənləri böhtan və yalan adlandırdı. Qəzet olara bildirək ki, deyilənlər yalan olsayıdı 12 nəfər bələdiyyə üzvüləri tərəfindən açıq-aşkar yuxarı inistansiyalara şikayət etməzdilər.



Araşdırmalarımız davam edir


Teqlər:
Bu xəbər cəmi 1200 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR