Sabunçu rayonu Kürdəxanı qəsəbə sakinləri "Azərsu" ASC-dən şikayətçidirlər.
Sakinlər Arqument.Az-a bildiriblər ki, qurumun qəsəbə üzrə işçiləri hava qaralmamış suyu kəsir və səhər saat 7-dən sonra su verilir: "Bu da sakinlərin susuz qalmasına səbəb olur".
Qəsəbə sakinlər bildirir ki, qəsəbədəki su sayğacları plastik kartla yerləşdirilib: "Hər bir sakin su kartına pul yükləyib qurumdan su alırsa, balansında su ola-ola niyə həmin sakin gecə yarı susuz qalmalıdı?!"
Əməkdaşımızın ərazidən çəkdiyi fotoları təqdim edirik: