Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mərhum Qarabağ qazisinin həyat yoldaşından prezidentə müraciət

Mərhum Qarabağ qazisinin həyat yoldaşından prezidentə müraciət
1-ci qrup Qarabağ əlili mərhum Balaşov Səlim Allahverən oğlunun həyat yoldaşı saytımız vasitəsilə Prezidentə müraciət ünvanlayıb.Belə olan surətdə biz də təbii ki, onun ünvanladığı müraciəti cənab prezidentə və aidiyyəti qurumların rəhbərlərinə çatdırmağı özümüzün mənəvi borcu hesab edərək həmin müraciəti təqdim edirik :


Hörmətli Cənab Prezident !                                                                                        

Bildirirəm ki ,həyat yoldaşım Balaşov Səlim Allahverən oğlu 1992-ci ildə Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır.Dəfələrlə müalicə olunmasına baxmayaraq sağalmamışdır.Əksinə xəstəliyi şiddətlənərək onkoloji xəstəliyə çevrilmişdir.1-ci qrup Qarabağ müharibəsi əlili idi.1992-ci ildə Laçında gedən qızğın döyüşlər zamanı əmək qabiliyyətini itirmişdir.

Balaşov Səlim Allahverən oğlunun qeydiyyatı Bakı şəhəri Qaradağ rayonu idi.Həyat yoldaşım uzun sürən xəstəlikdən sonra 11 may 2016-cı il tarixində dünyasını dəyişdi.Ölümünə qədər kirayədə qalırdıq.İndi mən himayəmdə olan iki qız uşağım ilə sığınmağa heç bir yerimiz yoxdur.

Həyatını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban verən Qarabağ qazisinin ailəsi bu gün evsiz,eşiksiz yaşamağa məcbur olmuşdur.Özüm və uşaqlarım evsiz,eşiksiz bir vəziyyətdəyik.Bu gündən sabaha yaşamağa belə ümidimüz yoxdur.

Hörmətli cənab prezident !

Bir ana kimi,bir Qarabağ qazisinin həyat yoldaşı kimi bizim evlə təmin olunmağımıza yardım göstərməyinizi xahiş edirəm.Allah rizasına mənə kömək edin.Bu problemimizin aradan qaldırılması üçün əlinizdən gələn köməyi əsirgəməyin.Cənab prezident son ümid ,güvən yerimiz Sizsiniz.Mən inanıram ki,siz mənim bu müraciətimi qəbul edəcək  və mənə yaxından kömək göstərəcəksiniz.Öncədən Sizə özüm və ailəm adından təşəkkür edirəm.

  Dərin inam və böyük ümidlərlə : Yardımlı rayon Anzov kənd sakini Ağayeva Gülxanım Rəcəb qızı.

  Telefon : 050 786 64 13 


Teqlər:
Bu xəbər cəmi 1795 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR