Redaksiyamızın elektron poçtuna Ağcabədi rayonunun Salmanbəyli kənd sakini Hümbətova Samirə Ziyafət qızı tərəfindən şikayət ərizəsi daxil olmuşdur.
2010-cu ildə Samirə xanım öz həmkəndlisi olan Hümbətov Sərxan Rizvan oğlu ilə ailə həyatı qurublar. Birgə nigahdan iki qız övladları dünyaya gəlib. Beş il birlikdə yaşayan ailə sonradan iqtisadi çətinliklərlə əlaqədar Sərxan rusiyaya iş dalınca gedir və ailənin çətinlikləri də bundan sonra baş verir. Belə ki, Sərxan bir neçə il keçdikdən sonra qısa müddətli evə gəlib Samirə ilə dalaşırmış. Bu yaxınlarda isə məhkəmə qərarı ilə boşanıblar. Sərxanla Samirə ailəli olduğu müddətdə özlərinə lazımi şəraitdə 4 otaqlı yaşayış evi də tikiblər. Amma Samirəyə iki uşağı ilə birlikdə həmin mənzildən pay düşməyib. "Həyat yoldaşım Hümbətov Sərxan Rizvan oğlu Rusiyada olduğu zaman cinayət törətdiyi üçün Azərbaycana gəlib tələsik ad və soyadını dəyişərək hal-hazırda Mamedov Orxan Rizvan oğlu adı ilə əvəzləşdirib yenidən ora qayıtdı..."
Hümbətova Samirə Ziyafət qızı Ağcabədi rayon məhkəməsinə birgə yaşayış dövründə əldə etdiyi yaşayış evi barəsində iddia ərizəsi ilə muraciət edib. Hakim Etibar Quliyevin nəzarəti altında işə baxılması üçün Samirədən müəyyən sənədlərində gətirilməsini tələb edib. "Hakim tərəfindən məndən tələb olunan sənədləri kənd İcra nümayəndəsi Sabir Soltanovdan və Bələdiyyə sədri Fəxrəddin Qasımovdan rəsmi möhürlü ştamplı arayışları məhkəməyə təqdim etdim. Əks təsir də bundan sonra başladı. Belə ki, imkanlı birisi olan qayınatam "işə qarışdı" və dərhalda bələdiyyə sədri Fəxrəddin Qasımov məkəməyə bu dəfə əvvəlkinə tam zidd olan ikinci arayışı şəxsən özü təqdim edəndən sonra hakim Etibar müəllim məni çağırıb dedi ki, Rizvan kişi harda məsləhət bilirsə orda da get yaşa..."
P.S. Ağcabədi rayon Salmanbəyli kənd bələdiyyəsinin sədri Fəxrəddin Qasımov bir evə bir-birinə zidd iki saxta arayışı necə verib? (Onu da qeyd edək ki, Fəxrəddin Ağcabədi rayon ƏƏSM müdiri olan dövrdə adı rüşvət qalmalında hallandığı üçün vəzifəsindən çıxarılan Əbülfət Qasımovun qardaşıdır). Sərxan necə Orxan oldu? Ağcabədi rayon Məhkəməsinin hakimi Etibar Quliyev üçün Rizvanın "qanunları" dövlət qanunlarından niyə üstün oldu? Bu və ya diğər araşdırmalarımız davam edir. Bizi izləyin.
Qanun-namine.info