Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Səlim Müslümovdan şok addım - HEYDƏR ƏSƏDOVUN QARDAŞINI YÜKSƏK VƏZİFƏYƏ GƏTİRİR

Səlim Müslümovdan şok addım - HEYDƏR ƏSƏDOVUN QARDAŞINI YÜKSƏK VƏZİFƏYƏ GƏTİRİR


Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qardaşı Şiraslan Əsədov bu günlərdə yüksək vəzifəyə gətiriləcək. 



Daxil olan məlumata görə, uzun illlərdir Dövlət Müdafiə Fondunda Hüquqi şəxslərlə iş departamentinin rəsisi vəzifəsində işləyən Şiraslan Əsədovun bu yaxınlarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifəyə təyinat alacağı gözlənilir. 



Redaksiyamıza daxil olan məlumata görə, 61 yaşlı Şiraslan Əsədovun yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə gətirilmək üçün hazırlıq işləri gedir. 



Bundan əlavə redaksiyamızın email adresinə daxil olan anonim məktubda bildirlir ki, hakimiyyətdaxili bəzi qüvvələr Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla Səlim Müslümovun arasında yaranmış soyuq münasibətlərdən istifadə edərək, Əhalinin Sosial Müdafiəsi Nazirliyində öz adamlarını yerləşdirmək uğrunda açıq mübarizəyə keçiblər.



Oxucuların nəzərinə onu da çatdıraq ki, bu yaxınlarda Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun ermənilərlə işbirliyi ilə bağlı ölkə mətbuatı xəbər tirajlamışdı.



Kənd Təsərrüfatı nazirinin erməni Qor Xeçoyanın «Meqavet» şirkətindən vaksin alıması ilə bağlı xəbərlər ölkə mətbuatını zəbt etmişdi. 



Belə ki, nazir Azərbaycanda heyvanlar üçün büdcə pulları hesabına alınan vaksinləri «Meqavet» şirkəti vasitəsi ilə realizə edirmiş. Bu şirkətin offşor şirkətlər sırasında olduğu isə təsdiqə ehtiyacı olmayan məlumatlardandır. 



Lakin məsələnin ilginc tərəfi odur ki, Heydər Əsədovun vaksin aldığı şirkətin başında erməni dayanırmış. Saytın dəqiqləşdirmələrinə görə, nazirin əməkdaşlıq etdiyi «Meqavet» şirkətinin rəhbəri Qor Rafaeloviç Xeçoyandır. 



Xeçoyanın Bakıya gəlib-gedən nümayəndəsi isə gürcüdür. Pata Subzivadze yerli biznesmenlərdən fərqli olaraq, gətirdiyi mallara görə ƏDV ödəməkdən azad edilib. Səbəb isə «obnaliçka» əməliyyatları üzrə pulların həcmini daha artırmaqdır. 



Saytın məlumatına görə, Heydər Əsədovun qaranlıq işləri bununla da yekunlaşmır. Onun ən etibarlı adamlarından biri olan, hazırda nazirlikdə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Abbas Qaracayev isə fermerlərə ayrılmış kreditləri özünküləşdirməyə nail olub. Belə ki, Qaracayev fermerlər üçün ayrılmış pulları banklara yerləşdirib, onlardan əmanətçi kimi faizlər alır. Bildirək ki, bununla bağlı əlimizdə ciddi faktlar var və ortalıqda onun əlyazması olan sənədlər mövcuddur. Həmin sənədlərdə aşkar şəkildə hansı banklarda nə qədər pulun olduğu, aylıq və illik nə qədər faizlər alındığı qeyd olunub. Bununla bağlı geniş yazımız olacaq. 





Nazir qardaşı Şiraslan Əsədovla deputatın pul qalmaqalı





Əgər xatırlayırsınızsa, bir il əvvəl deputat Ağalar Vəliyevin rəhbərlik etdiyi "Azəraqrartikinti” ASC Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamenti ilə də borc qalmaqalı yaşamışdı.



Binəqədidə yanan binanın təmirinə cavabdeh olan "Azəraqrartikinti” ASC təkcə orada işlətdiyi fəhlələrin pulunu ödəməkdə çətinlik çəkmir. Belə ki, ASC rəhbərliyinin dövlət qurumları ilə də borc sıxıntısı var.



Mətbuatda gedən məlumata görə, deputat Ağalar Vəliyevin rəhbərlik etdiyi "Azəraqrartikinti” ASC Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamenti ilə də borc qalmaqalı yaşayıb:



«Deputat Ağalar Vəliyevin rəhbərlik etdiyi ASC-nin DSMF-nin adıçəkilən departamentinə 63 min 700 manat məcburi sosial sığorta borcu olub. Ancaq ASC rəhbərliyi bu pulu ödəməkdən yayınıb. Buna görə də Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamenti "Azəraqrartikinti” ASC –yə qarşı məhkəmə qaydasında iddia qaldırıb. Hətta 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə ASC-yə qarşı qaldırılan 63.700 manatlıq borc iddiası təmin edilib. Məhkəmə qətnaməsinə görə, "Azəraqrartikinti” ASC bu borcu ödəməlidir. Ancaq Ağalar Vəliyevin rəhbərlik etdiyi ASC bu qətnamə ilə barışmaq niyyətində olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdi".



Nəzərinizə çatdıraq ki, Binəqədidəki yanan binanın təmiri üçün Prezident sərəncamı ilə 5 milyon manat da pul ayrılmışdı.



Bir daha xatırladaq ki, hal-hazırda Dövlət Müdafiə Fondunda Hüquqi şəxslərlə iş departamentinin rəsisi vəzifəsində işləyən və bu yaxınlarda Dövlət Əmək Müfəttişliyinə rəis gətirilməsi üçün hazırlıqlar görülən Şiraslan Əsədov kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır./miq.az



Qarşi tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Teqlər:
Bu xəbər cəmi 940 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR