Bir neçə gün əvvəl JAM.AZ hüquqşünas Əyyub Kərimə istinadən Dövlət Dəniz Admnistrasiyası barədə ilginc məlumat yaymışdı. Həmin yazıda Qəmbər Səfərovun pul verib aldığı gəminin dələduzluq yolu ilə ələ keçirilməsindən, məhkəmə qərarı olsa belə, onun icra edilməməsindən, habelə Dövlət Dəniz Admnistrasiyasının rəhbəri Qüdrət Qurbanovun bu işdə əlinin olmasından bəhs olunurdu. Həmin yazıda vurğulanırdı ki, Qüdrət Qurbanov gəmini əsl sahibinə verməmək üçün hətta Bəylər Əyyubov və MTN-in generalı Namiq Bağırovun adını hallandırıb və nəqliyyat vasitəsinin onlarda olduğunu iddia edib.
Qeyd edək ki, Dövlət Dəniz Admnistrasiyası bununla bağlı redaksiyamıza yazılı müraciət ünvanlayaraq, haqlarında deyilənləri təkzib etmişdilər. Onlar bildirmişdilər ki, baş verənlərdə onlarlıq heç bir iş yoxdur.
Əslində isə işin içində Qüdrət Qurbanovun əlinin olduğunu demək üçün yetərli qədər əsas var. Təbii ki, Dövlət Dəniz Admnistrasiyası məsuliyyəti üzərindən atmaq üçün başqa açıqlama verə bilməzdi. O səbəbdən də qurumun yaydığı məlumatın yalan hissələrini araşdırıb, ortaya çıxarmağa çalışmışıq.
JAM.AZ bildirir ki, Qəmbər Səfərov 2003-cü ildə Həştərxandan gəmir alır. «Yunıy Moryak» adlı gəmiylə bağlı alqı-satqı müqaviləsi həmin ilin fevralın 20-də imzalanıb. Bundan 8 gün sonra isə təhvil-təslim işləri yekunlaşıb. Gəminin sahibi onu bir neçə müddətinə təmir etdirib. Bui şin bir tərəfi.
İşin digər tərəfi odur ki, gəmi Bakıya gətiriləndən sonra hansısa “Mərdəkan Broyler” adlı şirkət Dövlət Dəniz Administrasiyasının dəstəyilə gəmini ələ keçirib. Bu zaman saxta müqavilə də tərtib olunub. Müqavilənin saxta olduğunu təsdiqləyən hallar aşağıdakı kimidir:
1. Qəmbər Səfərov gəmini fevralın 20-də alıb. Amma “Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasında imzalandığı iddia edilən saxta müqavilədə tarix yanvarın 9-u göstərilib. Belə çıxır ki, Qəmbər Səfərov hələ gəmini almamış “Mərdəkan Broyler” bu əmlakı ondan satın alıb.
2. “Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasındakı bu saxta müqavilə rus dilində tərtib olunub. Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Alqı-satqı Azərbaycanda həyata keçirilirsə, niyə müqavilə rus dilində tərtib olunub?
3. Niyə pulun məbləği rublla göstərilib? Məgər Azərbaycanın milli valyutası manat deyil?
4. Bu saxta müqavilə Qəmbər Səfərovun Həştərxanda bağladığı müqavilədən hərfbəhərf köçürülüb. Hətta oradakı texniki səhvlər də eynilik təşkil edir.
5. Müqavilədə göstərilir ki, Qəmbər Səfərov gəmini 250 min rubla alıb. Təmir işlərinə də pul xərcləyib və daha sonra 181 min rubla “Mərdəkan Broyler”ə satıb. Maraqlıdır, Qəmbər Səfərov niyə gəmini 250 min rubla alıb 181 min rubla satmalıdır? Bəs bunun xeyri?”
JAM.AZ xəbər verir ki, Qüdrət Qurbanovun işin içində olmasını təsdiqləyən bir başqa məqamı diqqətinizə çatdıraq. Bildirək ki, «Yunıy Moryak» gəmisi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb və nəqliyyat vasitəsinin sahibinə qaytarılmasını tələb edib. Di gəl, qərar icra olunmur. Səbayel Məhkəməsi isə gəminin saxlanılması barədə qətnaməni çıxarsa da, ortada nə gəmi var, nə də qərarın icrası.
Dövlət Dəniz Admnistrasiyasından bildirirlər ki, «Yunıy Moryak» gəmisinin adı dəyişdirilib, hazırda «Ramin» adlanır. Amma onlar gəminin harada olduğunu bilmədiklərin qeyd edirlər. Əcəba, Dəniz Admnistrasiyası Xəzər dənizində üzən ən kiçik qayığa belə nəzarət etdiyi halda, o nəhənglikdə gəminin yerini müəyyənləşdirə bilmir? Necə olur ki, gəminin adını dəyişdirilidiyindən xəbəri var, amma onun hansı istiqamətdə üzdüyündən məlumatsızdırlar? Və ya məhkəmə qərarı ilə gəmi saxlanılmalı və Dəniz Admnstrasiyasının limanına gətirilməlidir. Mübahisə həll olunduqdan sonra onu yenidən Xəzərdə üzməsinə icazə verilə bilər. Amma admnistrasiyası qərarı icra etmir. Səbəbi də məlumdur. Bəlkə, dənizdə üzən gəmini Dövlət Yol Polisinin əməkdaşları saxlamalıdır? Yoxsa, Məhkəmə Qərarlarının İcrası İdarəsinin əməkdaşlarıyla Dövlət Dəniz Admnistrasiyasının işçiləri?
Aydın məsələdir ki, Qüdrət Qurbanov gəmini ələ keçirərək, onu öz xeyri üçün işlədir. İş bərkə düşəndə bir-iki generalın adını çəkərək, qarşı tərəfi çəkindirməyə çalışıb ki, bu planı da işə yaramayıb. Üstəlik, söhbətin üzəri açıldıqdan sonra geri addım atmaq şansı da qalmayıb. Ona görə də, istər icra şöbəsinə, istərsə də sahibkara təzyiqlər göstərərək, məsələnin indiki vəziyyətdə qalmasına çalışır.
JAM.AZ xəbər verir ki, Dövlət Dəniz Admnistrasiyasının rəhbəri Qüdrət Qurbanovun Koperfilddən daha güclü sehirbaz olduğu açıq şəkildə diqqəti çəkir. Dünyanın ən güclü sehr adamları belə onun kimi, nəhəg gəmini illərdir yoxa çıxara bilmir.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.