Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ekologiya Postunun rəisi 200 min manata obyekt aldı

Ekologiya Postunun rəisi 200 min manata obyekt aldı
Fuad Mayılovun çoxlu sayda qazanc yerləri üzə çıxıb


DYP-nin ekologiya postunda Fuad Mayılovun təkcə "vasitəçilərlə" qazandığı gündəlik qazancı 1000 manat olduğu deyilir. DYP-nin ekologiya postu artıq sürücülərin qorxduğu, çəkindiyi obyektə çevrilib. Çünki Bakıya daxil olan, həmçinin paytaxtı tərk edən avtomobillərin əksəriyyəti post rəisi Fuad Mayılovun əməkdaşlarının özbaşına əməlləri ilə üz-üzə qalırlar. Hər kəsə yaxşı məlumdur ki, ekologiya postunda fəaliyyət göstərən yol polislərinin sürücüləri qaydaları pozduğuna görə deyil, müəyyən maraq üçün saxlanılır.



AzFakt.com-a daxil olan məlumatda bildirlir ki, sürücülərin DYP-nin ekologiya postu ilə bağlı ən çox şikayət etdikləri məsələlər sırasında radar, səbəb göstərilmədən protokol tərtib etmək üstünlük təşkil edir: «Şübhəsiz sürücülər sürət həddini aşdıqları təqdirdə yollarda quraşdırılmış radar sistemlərinə yaxalanırlar. Bu sistemin özəlliyi ondan ibarətdir ki, yollarda nəzərdə tutulmuş sürət həddini aşan nəqliyyat vasitələrinin fotolarını çəkib, onları avtomatik protokollaşdırır. Ardından isə həmin protokol sürücünün ünvanına göndərilir. Elə əsas problem də məhz bu zaman yaşanır. Əgər radarlara tuş gəlmiş sürücülər protokolla razılaşarlarsa, nəzərdə tutulmuş cəriməni bank, poçt və ya DYP-nin post terminalları vasitəsi ilə ödəməlidirlər. Lakin Fuad Mayılovun rəisi olduğu DYP-nin ekologiya postu bütün bu «funksiyaların» hamısını həyata keçirə biləcək gücdədir. Odur ki, sürücülərin kabusu, yol polislərinin əsas qazanc yeri olan ekologiya postunda cərəyan edən neqativ hallardan xəbərsiz olan yoxdur».



Digər şikayətdə isə deyilir ki, Fuad Mayılovun tabeçiliyində çalışan yol polislərinin sürücülərlə olduqca kobud və etikadan kənar davranırlar. Bütün bu özbaşınalığın başında isə post rəisi dayanır. Çünki arxası yuxarı dairələrdə güclü olan Fuad Mayılov artıq özünü daha böyük vəzifələrdə görür. Çünki illərdir ekolgiya postunda yığıdğı rüşvətlə polis-oliqarxa çevrilən Mayılov artıq geniş biznes sahələrinədə baş vurub. Hələ bir müddət əvvəl mətbuatda yayılan xəbərlərdə qeyd olunurdu ki, DYP-nin ekologiya postunun yaxınlığında yerləşən «Şamlıq» hamamı post rəisinə məxsusdur: «Bundan başqa, onun Bakı, Xırdalan və Sumqayıtda çoxlu sayda mənzili, bir neçə avtomobili və iri biznes obyektləri" var. AzFakt.com-a özəl mənbələrdən daxil olan ilginc məlumatda isə bildirilir ki, post rəisi bu yaxınlarda Xırdalan şəhərində 200 min manata 3 mərtəbəli obyekt satın alıb. Həmin obyektin içərisində yüksək səviyyədə təmir getdiyidə bildirilir. Mənbəmiz obyektin Fuad Mayılov tərəfindən böyük bir ticarət mərkəzinə çevriləcəyini qeyd etdi. Görünür 200 min manatı asanlqıla bir obyektə verən post rəisi daha böyük pullar qazanmaq istəyindədir. 



Bildirək ki, DYP-nin ekologiya postu digər postlardan fərqli cəhətlərindən biridə radara düşmüş sürücülərin işini hər iki tərəfi qane edəcək formada yoluna qoyacaq şəxslərin "fəaliyyət" göstərməsidir. Məhz həmin şəxslər radara düşənlərə yaxınlaşaraq işlərini «asanlaşdırmaq» üçün yardımçı ola biləcəklərini bildirirlər. Sürücü ilə post arasında "vasitəçi" rolunu oynayan həmin şəxslər postda yaranmış «məsələ»ni qısa zamanda həll edirlər. Bunun üçün ilk öncə sürücüyə radara düşdüklərinə dair fotoları və buna uyğun şəkildə tərtib olunmuş protokol göstərilir. Bundan sonra «danışıqlar»a start verilir. Son nəticədə DYP-nin ekologiya postunun əməkdaşları böyük məbləğli cərimələrə «düzəliş» edərək işi yoluna qoyurlar. Məlumata görə postda fəaliyyət göstərən bu "vasitəçilərə" günlük gördükləri işin 20 faizi verilir. Yerdə qalan 30 faiz post işçilərinə qalan 50 faiz isə Fuad Mayılova çatır. Post rəisinin gün ərzində təkcə "vasitəçilər" sayəsində 1000 manata yaxın xeyrinin olduğu deyilir. 


Teqlər:
Bu xəbər cəmi 1410 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR