Sabunçu 3 saylı şəhər klinik xəstəxanasında bu gündən yeni qayda tətbiq edilməyə başlayıb.
Xəstəxanada müalicə olunan bir qrup xəstənin yaxınlarının verdiyi məlumata görə, baş həkim Fikrət Zeynalovun göstərişinə əsasən, yalnız təcili tibbi yardımla gələnlər içəri buraxıla bilərlər:
"Xəstəmizi görə bilmirik. Deyiblər ki, gərək təcili yardımla gələsiniz. Elələri var ki, şəxsi avtomobillə buraya gətirilib, amma içəri buraxılmır. Baş açmaq olmur ki, bu nə hoqqabazlıqdır. Heç bir səbəb də göstərilmir".
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.