Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Rusiya müharibənin başlayacağını bilirdi" - Erməni deputat

Ermənistanın Lragir.am saytına müsahibə verən "Azad demokratlar" partiyasının sədri, deputat Xaçatur Kokobelyan iddia edib ki, Rusiya aprel ayının 2-də başlayan hərbi əməliyyatlardan xəbərdarmış.

Avropa.info xəbər verir ki, o, KTMT və Avrasiya İttifaqının Ermənistana heç bir xeyri olmadığını, əksinə total blokadada saxladığını, ölkəsinin alternativlər axtarmalı olduğunu bildirib:


 


“Rusiya “Aprel müharibəsi” zamanı nə qazandı?


 


- Rusiya baş verəcək hücum haqda bilirdi. Bunu şəxsi görüşlərdə rus məmurlar da təsdiq edir. Parlamentdə müzakirələr gedən zaman rus məmurlar bunu inkar etməyə də cəhd etmədilər. Biz hamımız deyirik ki, Türkiyə Azərbaycanı dəstəkləyir, onlar Azərbaycanın təbii müttəfiqidir. Rusiya isə belə deyil. Rusiyanın Azərbaycana dəstək verməsi onun strateji maraqlarından irəli gəlmir. Bu biznesdir. Heç bir təminat yoxdur ki, Rusiyanın Azərbaycana satdığı silah Türkiyə ilə münasibətlərin pisləşməsi halında ona qarşı istifadə edilməsin.


 


KTMT Qarabağda baş verən hadisələrə qarışmaq istəmədi. Naxçıvan tərəfdən hücum ediləcəyi təqdirdə biz hərbi blokun müdaxiləsini gözləyə bilərikmi?


 


- Biz növbəti dəfə əmin olduq ki, KTMT  Ermənistan üçün təhlükəsizlik sistemi deyil. Avrasiya İqtisadi İttifaqı və KTMT Ermənistanı total blokada vəziyyətinə gətirib. Ermənistan hərbi-siyasi blokadadadır. O KTMT-də dəstək almır, bu blok onun hüquqlarını, eyni zamanda alternativlərini məhdudlaşdırır. Eyni söz Ermənistanı iqtisadi alternativdən məhrum edən Avrasiya İqtisadi İttifaqına da aiddir. Ermənistan hərbi-siyasi və iqtisadi alternativlər axtarmalıdır. Çoxu deyir Ermənistan üçün bunlardan başqa alternativ yoxdur, alternativləri yaradırlar, hədiyyə almırlar".  

Teqlər:
Bu xəbər cəmi 1035 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR