Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Oglu 8 milyonluq dələduzluqda ittiham olunmuş deputatdan maraqlı təklif

Oglu 8 milyonluq dələduzluqda ittiham olunmuş deputatdan maraqlı təklif


Bir sıra insanlara yol veridiyi qayda pozuntuları, inzibati xəta və hətta cinayət əməlinə gör cərimə tətbiq olunur. Ancaq çox zaman insanlar bu cərimələri də ödəməkdən boyun qaçırırlar. Millət vəkilləri bunun qarşısını almaq üçün maraqlı təklif irəli sürüblər.



Cərimələrini ödəməyən şəxslərə qarşı sərt addımlar atıla bilər. Bununla bağlı İnzibati Xətalar və Cinayət məcəllələrində dəyişiklik edilməsi barədə təklif irəli sürülüb.



Deputat Elmira Axundova bildirib ki, adı çəkilən məcəllələrdə bir sıra maddələrə, oğurluq, avtomobil ələ keçirtmə, əmlakı qəsdən məhv etmə və ya zədələmə maddələrində cərimələr sərtləşdirilir.Amma cərimələr sərtləşdikcə onu ödəyən insanların sayıda azalır.



Deputatın sözlərinə görə ölkədə aliment ödəməkdən imtina etmə hallarına tez-tez rast gəlinir. belə şəxslərə qarşı ölkədən çıxma məhdudiyyəti tətbiq olunur. məhz bu qadağanı digər cərimləri ödəməyənlərə qarşıda tətəbiq etmək olar.



Deputat hesab edir ki, bu cür hallarla mübarizə aparmaq üçün Cinayət və İnzibati Xətalar Məcəlləsinə yeni maddənin salınmalıdır. beləliklə cərimani ödəməyən insanlar bir sıra hüquqlardan məhrum edilməlidir.



Oglu 8 milyonluq dələduzluqda ittiham olunmuş deputatdan maraqlı təklif


Oglu 8 milyonluq dələduzluqda ittiham olunmuş deputatdan maraqlı təklif


Deputatın oğlu həmçinin mənə anasının Milli Məclisin, Apelyasiya Məhkəməsinin tenderlərini udduğunu və həmin dövlət qurumlarına kartriclər, ofis ləvazimatları verdiyini demişdi. Həbib Axundov məndən borca pul istədi, dedi ki, pula görə cavabdehəm, vaxtında qaytaracam. Ailəvi dost idik, ondan belə bir hərəkət gözləməzdim. Yəni ağlıma belə gəlməzdi ki, dünənki uşaq mənə pul atar. 2012-ci ildən bu proses başlandı. Elmira xanım oğlunun gördüyü işlə fəxr edirdi. Hətta bir dəfə deputat öz rəfiqələrindən oğluna biznesini genişləndirməsi üçün pul verməyi tələb edirdi. Buna uyğun olaraq deputatın bəzi rəfiqələri də Həbibə pul verdi”. 







Şikayətçi deyir ki, millət vəkilinin oğlu ondan üst-üstə 575 min manat pul alıb: 



"Əksər hallarda həmin pulları qaytara bilmirdi. Nəhayətdə borc yığılıb bu qədər oldu. 2013-cü ildə millət vəkilinin oğlu mənə zəng vurdu və görüşmək istədiyi bildirdi. Onunla görüşdüm, özündə deyildi və əsəbi görünürdü. Pis olmağının səbəbini soruşanda piramidaya düşdüyünü və pulların Elnur tərəfindən mənimsənildiyini söylədi. Halbuki, bu məsələdə ən böyük günahkar elə parlament nümayəndəsinin oğlu idi. Elnura bir neçə dəfə zəng vursam da, cavab vermədi. Həbibdən pullarımı geri tələb etdim. 2013-cü ilin mayında o məni arxayın saldı və işlərin düzələcəyini vurğuladı. 



Deputatın oğlu məni qızının ad gününə, Şüvəlandakı bağına dəvət etdi. Elmira xanım məni orda görəndə təəccübləndi, "Sənin burda nə işin var” deyib qaşqabaq tökdü. Həmin axşam Elnur da ora gəldi. Həbib məni qırağa çəkib söhbət etməyə başladı. Maşina əyləşib QRES deyilən yerə getdik.O Elnurla mübahisə etməyə başladı.Elə həmin vaxt Elmira Axundova Həbibə zəng vurdu. Həbib isə anasına monopolistlərlə söhbət etdiyini dedi. Bundan dəhşətə gəldim. Elnurla Həbibin arasında dava düşdü. Deputatın oğlundan dava salmamasını tələb etdim. O isə qayıtdı ki, əgər dava etməyimi istəmirsənsə, puldan əlini üz. Hələ də nəyin baş verdiyini anlamırdım. Mən 575 min manatı Həbib Axundova vermişəm. Bunun müqabilində millət vəkilinin oğlu bütün müddətdə mənə 125 min manat verib. 



Ona verdiyim pulları başqa-başqa adamlardan borc almışdım. Bu gün borc aldığım insanların üzünə baxa bilmirəm, onlar pulunu geri istəyir. 2013-cü ilin mayında Elmira Axundova mənə zəng vurub Masallıda bir qohumunun problemi olduğunu dedi. Deputatın özünün bildirdiyinə görə, kartric biznesinə 80 min manat pul qoyub. Məndən soruşdu ki, Həbibin girişdiyi biznes ona gəlir gətirə bilər, ya yox. Açığı onun sualları mənə çatmırdı. May ayında oğul Axundova verdiyim məbləğ 475 min manata çatdı. Sonradan başa düşdüm ki, bu şəxslər əlbir olaraq pulumu mənimsəyiblər. Həbib Axundov notariusun kağızlarını mənə göstərmişdi. Orda Elnura 750 və 150 min manat verdiyi qeyd olunurdu



Oglu 8 milyonluq dələduzluqda ittiham olunmuş deputatdan maraqlı təklif


Fərman Məmmədovun sözlərinə görə, külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Elnur İbrahimov aradan bir müddət ötəndən sonra deputatın bağ evinə gətirilib: "Mən də ora getdim. Orada təxminən 50-yə yaxın adam var idi. Sən demə, onların da pulu mənimsənilib. Elnur oyun qurduğunu boynuna aldı. Həbib telefonla kiməsə zəng vurub tanış polis lazım olduğunu söylədi. 



Bir neçə dəqiqədən sonra deputatın oğlu Yasamal Rayon Polis İdarəsində kiməsə zəng vurdu və Elnuru ora gətirəcəyini dedi. Elnur bizim maşında getdi. Yolda mən tanış vəkillə danışıb bu cür dələduzluğun cəzasının nə olduğunu soruşdum. Vəkil isə belə işlərə görə 12 il həbs cəzasının nəzərdə tutulduğunu bildirdi. Bunu eşidən Elnur ağlamağa başladı. Həbib isə ona təsəlli verərək "Narahat olma, anam Əfv Komissiyasının üzvüdür, səni "yarım srok”a həbsdən çıxaracaq. Sadəcə, pulları tək yediyini boynuna al. Kişi kimi söz verirəm ki, sənin ailənə hər ay 500 manat pul göndərəcəm” deyirdi.



Yasamal Rayon Polis İdarəsinə gəldik. İdarənin qabağında adam əlindən tərpənmək olmurdu. Hamısı Elnur və Həbib tərəfindən aldadılan insanlar idi.Təxminən bu işdə 7-8 milyon manatlıq dələduzluqdan söhbət gedir”.



Oglu 8 milyonluq dələduzluqda ittiham olunmuş deputatdan maraqlı təklif[/centerŞikayətçi bildirir ki, hazırda məsələ üzrə iş Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır. H.Axundovla bağlı yayılan məlumatlarda onun krallara layiq istirahət etdiyi vurğulanır, bildirilir ki, 2014-cü il avqust ayının 31-də deputatın oğlunun sorağı Dubayın "Burj Al Arab Jumeirah Beach” istirahət mərkəzindən gəlib. O yaxını Kənan Cəlilovla birlikdə Dubayda bir neçə gün canına necə deyərlər, qulluq edib. Məmur övladının baş çəkdiyi xarici şəhərlərdən biri də London olub. Məlumatlarda deyilir ki, xanım millət vəkilinin oğlu Dubaya, Londona, İstanbula hər dəfə səyahət edəndə 30-40 min dollar civarında pul xərcləyib. 



Maraqlıdır, gömrük sistemində işləyən Həbib Axundov bu qədər pulu hansı yollarla qazanıb? Hələ bu harasıdır ki. Vətəndaşlardan aldığı pulların hesabına şəxsi avtomobil kolleksiyasını xeyli zənginləşdirib. Deputat oğlunun bir müddət əvvəl sosial şəbəkələrdə paylaşdığı şəkillərdə onun Az 10-HH-111 dövlət nömrə nişanlı "Porsche Cayenne GTS”, "Porsche Panamera”, 90-XX-111 nömrəli "Jeep Wrangler”, 90-RR-111 dövlət nömrə nişanlı maşınlarının olduğu aydın şəkildə görünür. 



Həmin avtomobillərin xüsusi sifarişlə gətirildiyi vurğulanır. Bundan başqa, Həbib Axundovun vaxtının çox hissəsini əyləncəyə, o cümlədən Bakıdakı bahalı məkanlarda, məsələn, “Badam”da keçirməyə həsr etdiyi yayılan məlumatlar arasındadır. Bir daha sual edirik, görəsən, ayda heç 800 manat maaş almayan deputatın oğlu dəyəri 100 min manatlarla olan maşınları hansı pullarla alıb, hansı vəsaitlə xarici ölkələrdə kef çəkib? Onun aldatdığı insanlar borc bataqlığında batırlar. Bütün yaxın dost-tanışları bu məsələyə görə onlardan üz çevirib. Həbib bəy isə oliqarxlar kimi həyat tərzi sürür"[center]Oglu 8 milyonluq dələduzluqda ittiham olunmuş deputatdan maraqlı təklif


E.Axundovanın oğlu H.Axundovun adından bu gün saytlara göndərilən məktubda isə Fərman Məmmədovun bütün iddialarının böhtan olduğu qeyd olunur. Onun Azərbaycan SSR-in Belnəlmiləlçi-döyüşçülər Respublika Şurasına rəhbərlik etdiyi dövrdə şuraya məxsus əmlakları mənimsədiyi vurğulanır. Deputatın oğlu əvvəllər mütəllibovçu olan, sonradan “heydərçi”yə çevrilən F.Məmmədovun iş üzrə rəsmi şikayətçi olmadığını da nəzərə çatıdırır: 



“Fərman Məmmədov həqiqi sahibkar ola bilmədi, çünki o, heç vaxt işləməyi bacarmayıb, asan və tez qazanclara üstünlük verib, məsələn, yüksək faizlərlə borc pul vermək kimi. Məhz Elnur İbrahimov adlı bu cür zirək adama Fərman heç bir arayış və borc öhdəliyi olmadan, böyük həcmdə (iddia etdiyinə görə 575 min manat) faizə pul vermişdi. Bunu xüsusilə vurğulamaq istəyirəm, çünki KİV-lərdə Fərman bir neçə dəfə qeyd edir ki, pul yüksək faiz almaq şərti ilə yox, sadəcə borca verilmişdi. Ağ yalandır! Fərman Məmmədovun dediyinə görə, pulun bir hissəsini ali məktəblərdən birində müəllim işləyən və eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazir adlı dostu verib. Bir hissəsini isə o, İsrafil Aşurovdan götürüb, qalanı isə özünündür. Dostu Nazirin Rəşid Behbudov və Nizami küçələrinin kəsişməsində bahalı şərab dükanı var. 



10 iyun 2015-ci ildə “Gündəlik Bakı” qəzetində “Deputatın oğlu ittihamlara cavab verdi” adlı məqalədə şahidlər vasitəsilə qeyd olunur ki, Elnur dəfələrlə Nazirin həmin dükanına, Novxanıdakı bağına, Fərmanın evinə gedərək onlardan yüksək faizlərlə əlbəəl pul götürüb. Və uzun müddət onlar Elnurdan böyük faizlər əldə ediblər. Amma sonra qəflətən maliyyə piramidası çöküb. Hazırda isə Elnur İbrahimov kreditorlardan gizlənir. Elnurun aldatdığı digər şəxslərin və o cümlədən mənim ərizəm əsasında, bu dələduzu Azərbaycanın hüquq-mühafizə orqanları axtarır, onun şəkli isə bütün polis bölmələrinin qarşısında asılıb.



Maraqlıdır ki, hüquq-mühafizə orqanlarına şikayət edənlər və zərərçəkmiş kimi tanınanlar sırasında Fərman Məmmədovun adı yoxdur. Çünki o, Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etməyib. Ona görə əsas sual bundan ibarətdir: əgər Fərman Məmmədov haqlıdırsa, nə üçün indiyə qədər bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək dediklərini sübut etmək əvəzinə Elmira xanıma və mənə qarşı KİV-lərdə şantaj, böhtan və qarayaxma kampaniyası həyata keçirir?



Oglu 8 milyonluq dələduzluqda ittiham olunmuş deputatdan maraqlı təklif


Axı Fərman üçün məhkəmələrdə iştirak adi prosesdir, çünki o illərlə məhkəmələrdə həm iddiaçı, həm də cavabdeh kimi çıxış edirdi. Bildiyimizə görə də onun bir neçə dostu məhkəmədə hakimdir. Belə olan halda nə üçün Fərman qanunsuz metodlarla işləməyə üstünlük verir, nə üçün sivil insanlar kimi məhkəməyə müraciət etmir, Firuz Haşımov adlı birinin əli ilə kirli sifarişli məqalələr dərc edir, hörmətli xanımı təhqir edir, Elmira Axundovanın həyatı və fəaliyyəti ilə bağlı mənfi faktları bəyan etməklə hədələyir? Mənim və ailəmin şəxsi həyatına kobud surətdə müdaxilə edir (yeri gəlmişkən, bu əməllər Konstitusiyamıza ziddir və cinayət məsuliyyətinə səbəb ola bilər). Əsas məsələni diqqətinizə çatdırım ki, hazırda F.Məmmədov özü də iddia etdiyi kimi, iş Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır və bu işdə mən, bir ildən çoxdur ki, zərərçəkən kimi rəsmi qaydada tanınmışam. 



Fərman Məmmədov dəfələrlə izahat verməsi üçün şahid kimi Baş Polis İdarəsinə çağırılıb, lakin bu “cəsur əfqan döyüşçüsü” müstəntiqlə üz-üzə gəlməkdən yəqin ki, qorxur, çünki öz əvəzinə vəkilini göndərir. Əgər F.Məmmədov bu işdə haqlıdırsa, nə üçün qanuni şəkildə izahat verməkdən çəkinir və ucuz şoulara üstünlük verir? Fərman Məmmədov bu cür şantaj və böhtan kampaniyası apardığına görə vicdanı və qanun qarşısında gec-tez cavab verəcək. Heç kəsin ixtiyarı yoxdur ki, namusu, şərəfi və ləyaqəti ilə yaşayan insanları böhtanla ləkələsin. Heç kəs kütləvi informasiya vasitələrini öz çirkin oyunlarına alət etməməli, öz hüquqlarını qanuni yolla qorumalıdır. Hüquqi dövlətdə yaşayırıq, hər şey qanuni yolla, əxlaq çərçivəsində, məhkəmədə həll edilməlidir”.


Teqlər:
Bu xəbər cəmi 1660 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR