Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İcra başçısının qəbulunda dəhşətli hadisə: Əlil gənc ölümdən döndü, qalmaqal yaşandı - Fotolar

İcra başçısının qəbulunda dəhşətli hadisə: Əlil gənc ölümdən döndü, qalmaqal yaşandı - Fotolar


Ötən gün Sabunçu rayon icra başçısı Adil Vəliyevin qəbul günündə dəhşətli hadisə yaşanıb. Qəbulda musavat.com-un müxbiri də iştirak edib və baş verənlərin şahidi olub. 


 


İcra başçısı ilə görüşməyə gələn  onlarla vətəndaş  səhər saatlarından icra hakimiyyətinin binası qarşısında gözləsələr də, onlar siyahıya alınmayıb və günün sonuna qədər icra başçısı tərəfindən qəbul edilməyiblər. Bundan qəzəblənən vətəndaşlarla icra nümayəndələri arasında mübahisə yaşanıb. Vətəndaşlar  icra başçısından  onları qəbul etməsini tələb ediblər. 


 


Qeyd edək ki, mətbuat nümayəndəsi olaraq, bizi də icra başçısı Adil Vəliyev şəxsən özü müsahibə üçün dəvət etsə də, saatlarla gözləməyimizə rəğmən qəbul etməyib. Lakin orada yaşananlar icra başçısının fəaliyyətini o qədər aşkar göstərib ki, müsahibəyə ehtiyac belə qalmayıb. 


 


Əksəriyyəti yaşlı və əlil olan şikayətçilər isə artıq neçənci dəfədir ki, səhər saat 7-dən axşam saatlarına kimi burada gözlədiklərini, lakin qəbul edilmədiklərini deyiblər. 


İcra başçısının qəbuluna gələn II qrup əlil Tağı Ağayev musavat.com-un kamerası önündə huşunu itirərək yerə yıxılıb. Vətəndaşların ilkin yardım göstərməsi nəticəsində gənc həyatda qalıb. Daha sonra hadisə yerində təcili tibbi yardım çağırılıb və Tağı Ağayevə yardım  göstərilib. Gəncin anası Mətanət Ağayeva  deyib ki, oğlu bu xəstəliyi 2003-cü ildə əsgərlikdə qazanıb və hərbi xidmətini yerinə yetirərkən, mina partlaması  nəticəsində “kantuziya” alıb, başında  şiş yaranıb. Əsəb və  narahatlıq  keçirdikdə isə, gəncdə ürəkgetmə halları baş verir”.


 


31 yaşlı Tağı Ağayev əlilliyinə görə, 130 manat pensiya alır. Onu isə kirayə qaldıqları evə vermək məcburiyyətində qalırlar. Ailəli və bir övlad sahibi olan gənc, vətən uğrunda itirdiyi sağlamlığının müqabilində dövlətdən bir otağı ,bir mətbəxi olan kiçik bir ev istəyir. Lakin hər dəfə qəbula gələndə başlarına buna bənzər hadisələr gəlir. 


 


Sizə çatdırdığımız, bu şikayətçilərdən yalnız birinin problemidir. Digərləri də buna bənzər problemlərdən əziyyət çəkən şəxslərdir ki, ümid yeri kimi icra başçısının qəbuluna düşməyə çalışırlar. 


 


Lakin icra nümayəndələri vətəndaşları “10 dəqiqə sonra qəbul edəcək” , “15 dəqiqə sonra qəbul edəcək” deyib günlərlə aldadırlar. Biz qəbulda olarkən də vətəndaşların gözlədiyi halda, icra başçısının arxa qapıdan çıxıb getdiyinin şahidi olduq. Vətəndaşlar isə icra başçısı əvəzinə, problemlərini musavat.com-un kamerasına danışıblar.


Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.


 



 


 




















Teqlər:
Bu xəbər cəmi 1365 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR