Bu barədə Bolgexeber.com saytı məlumat yayıb. Sayt yazır ki, ötən ilin oktyabrında Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyində və digər bir neçə dövlət qurumunda təmizləmələr aparıldı. “Baş verən sensasion həbslər sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun da qandallanması da yer aldı.
Vidadi Zeynalov həbs olunarkən ən çox həyəcan keçirən məmurlardan biri isə Kürdəmirin icra başçısı Ceyhun Cəfərov oldu. Buna isə səbəb onların yaxın qohum və ortaq biznesə malik olması göstərilir.
Vidadi Zeynalov Rabitə və Yüksək texnologiyalar Nazirliyində Aparat rəhbəri təyinatından sonra qayın-yeznə paytaxtda və rayonlarda müxtəlif obyektlər və torpaq sahələri almağa başlayıblar. Vidadi Zeynalov Kürdəmir rayonunda 300 hektar dövlət torpağını uzunmüdətli icarəyə götürüb. Aparat rəhbərinin qaynının icra başçısı təyinatı almasında mühüm “xidmətləri” olub”.
Həmçinin Ceyhun Cəfərov uzun müddət Xətai rayonunda Kommunal Təsərrüfat İdarəsinin rəisi işlədiyi dövrlərdə Vidadi Zeynalova xeyli maddi dəstək edib. “Məhz bu səbəblərdən Ceyhun Cəfərovun da yaxın zamanlarda cəzalancağı gözlənilirdi.
Həmin dövrdə bunun baş verməməsi Ceyhun Cəfərovu müəyyən müddət rahat nəfəs almasına imkan versə də bu yaxınlarda öz kanalları vasitəsi ilə artıq dəqiq vəzifədən çıxarılacağı və hətta həbs olunacağı ilə bağlı məlumatlar aldıqdan sonra müvəqqəti olaraq rəhm edildiyini başa düşən Ceyhun Cəfərov hərəkətə keçib.
Belə ki, icra başçısı ona məxsus olan, dəyəri milyon manatlarla ölçülən obyektlərini, əmlaklarını tez-bazar satıb ölkədən qaşmaq istəyir. Bildirlir ki, icra başçısı hətta ona məxsus olmayan obyekləri belə satmaq istəyir. Ən dəhşətlisi isə odur ki, satışa çıxartdığı obyektlər sırasında hətta Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçası da var. Xatırladaq ki, bu bağçanın açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib”.
Sayt iddia edir ki, Ceyhun Cəfərov bu müasir uşaq bağçasını qeyri-rəsmi yolla satmağa cəhd edir. Bundan başqa, o ürək edib yerli İcra Hakimiyyətinin balansında olan Qonaq Evini də” “hərraca” çıxartmaqdan çəkinməyib. “Mənbənin dediyinə görə, bütün bunlar onu göstərir ki, mümkün qədər vəsait toplayıb ölkəni tərk etməkdə Ceyhun Cəfərov həmişəkindən daha çox israrlıdır və o bunu ağına–bozuna baxmadan edir.
Çünki icra başçısı başa düşüb ki, vaxtı itirmək olmaz, əvvəl -axır onu yaxın qohumu Vidadi Zeynalovun aqibəti gözləyir. Başının üstünü artıq keçən ildən qara buludlar alan Ceyhun Cəfərov işdən çıxarılmaq, ən pisi isə həbs olunmaq təhlükəsi altında daima həyacan işində qalmaqdansa, qaçıb getməyə üstünlük verir”.
Qarşı tərəfi də dinləməyə hazırıq.