Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Abşeronda məmur özbaşınalığı sahibkarı çökdürdü

Abşeronda məmur özbaşınalığı sahibkarı çökdürdü
Ölkə rəhbəri hər zaman bildirib ki, “sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, onlar öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”


Bu da bir həqiqətdir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafında özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın rolu əvəzedilməzdir. Adicə bir faktı qeyd etmək kifayət edər ki, son illər ərzində ölkə iqtisadiyyatına yatırılan investisiyaların tam böyük əksəriyyəti, özəl sektorlar tərəfindən yatırılan investisiyalardır. Bu da bir daha onu göstərir ki, hal-hazırda Azərbaycan dövlətinin gücü artmış, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən heç də kənarda qalmır.



Məsələn, bir qədər keçmiş tarixə ekskurs edək və Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında, ölkə rəhbəri cənab İlham Əliyevin etdiyi çıxışa diqqət yetirək. O, çıxışı zamanı demişdir: “Bu il də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcəkdir. Bu təşəbbüsün çox gözəl nəticələri vardır. Biz bunu əyani şəkildə görürük. Bölgələrdə açılan yeni müəssisələr və iş yerləri bunu göstərir. Eyni zamanda, dövlət tərəfindən sahibkarlara böyük mənəvi dəstək də göstərilir. Yerlərdə bu işlər düzgün təşkil edilməlidir və sahibkarlara bu il də, öz vəsaitlərindən istifadə etməklə, ölkəmizin real sektoruna vəsait qoymağı tövsiyyə edirəm. Çünki dövlət sahibkarlara uzun illərdir ki, böyük dəstək verir, güzəştli şərtlərlə verilən kreditlərin həcmi yüz milyonlarla ölçülür, bəlkə də milyardı ötüb. Sahibkarlar verilmiş imkanlardan səmərəli istifadə etməlidirlər. Eyni zamanda uzun illərdir ki, onlar da öz kapitallarını əldə ediblər, ölkənin inkişafına, real sektorun inkişafına daha çox sərmayə qoymalıdırlar. Eyni zamanda, biz xarici investorları da, qeyri-neft sektoruna cəlb etməliyik. Əlbəttə ki, xarici investorlar daha çox neft-qaz sektoruna investisiya qoymağa maraqlıdırlar. İndi biz onları digər sektorlara da cəlb edirik və edəcəyik. Yaradılan xüsusi proqramlar çərçivəsində texnoparklar, aqroparklar salınacaq və bütün bunlar xarici investorları da cəlb edəcək”.



Əslində, sahibkarlığın inkişaf etdirilməsi çox böyük islahatların aparılması deməkdir ki, atılan addımlar da, bu gün ölkə başçısının fərman və sərəncamlarına uyğun atılmaqdadır. Prezidentin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq, bu gün müəyyən prosedurlar sadələşdirilmiş, elektron xidmətlərin əhatə dairəsi genişləndirilmiş, əsassız müdaxilələrin qarşısının alınması istiqamətində və.s əməli addımlar da atılmışdır. Kiçik sahibkarlıqla məşğul olan vətəndaşlar isə, artıq uzun illərdir ki, üzləşdikləri girov probleminin həlli məqsədilə, bank olmayan kredit təşkilatları ilə qurulmuş əməkdaşlıq əlaqələrini genişləndirirlər, fermerlər arasında kooperasiya əlaqələri durmadan artmaqda davam edir. Bütün bunlardan əlavə, ölkə rəhbəri yerli icra orqanlarının rəhbərlərinə, icra başçılarına, digər vəzifəli şəxslərə sahibkarlara köməklik göstərilməsi, onların fəaliyyətinə dəstək verilməsi, qanunsuz müdaxilələrə yol verilməməsi, əsassız tələblər irəli sürülməməsi və.s yöndə də, lazımi tapşırıqlarını verib. Ölkə rəhbəri hər zaman bildirib ki, “sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, onlar öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.



Bəli, bu gün ölkəmizin davamlı inkişafında, ictimai-siyasi və makroiqtisadi sabitliyin təmin olunmasında, sosial məsələlərin həllində, özəl bölmənin roluna mühüm önəm verilir. Dövlətimizin başçısı bu məsələnin vacibliyini xüsusi vurğulayaraq demişdir: “Həm bölgələrdə, həm də böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur”.



Sahibkarların hüquqlarının müdafiəsi və əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində, bu gün də mühüm tədbirlər həyata keçirilməkdədir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 02 iyul tarixli Qanunu bunun bariz ifadəsidir. Bu qanunla Konstitusiyanın müvafiq bəndlərinə uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər müəyyən edilir. Ölkə prezidenti cənab İlham Əliyev Azərbaycanın inkişaf perspektivlərindən danışarkən demişdir: “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir”.



Bütün bunlara baxmayaraq, Sumqayıt şəhəri 16-cı mkr-n, ev-155a ünvanında yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Xıdırov Elşən Rövşən oğlu, Dünyaxeber.info -nun redaksiyasına ünvanladığı şikayət ərizəsində, Abşeron rayon İcra Hakimiyyətində vəzifə sahibi olan bir neçə şəxsi ittiham etməkdən belə çəkinmir. O, ünvanladığı şikayət ərizəsində yazır ki, “mən təqribən bir il bundan əvvəldən başlayaraq, Abşeron rayonunun Fatmeyi kəndi ərazisində 1ha 20 sot ərazidə cins mal-qara yetişdirilməsi ilə məşğul olmaq qərarına gəldim. Bu məqsədlə kənd təsərrüfatı nazirliyinin xətti ilə, 62 baş mal-qara aldım və qanuni dövlət rüsumlarını da ödədim. Təsərrüfatımda lazımi şərait olmadığından, həmin iribuynuzlu mal-qaraları Gəncə şəhərindəki aqroliznqdə saxlamağa məcbur oldum. Məqsədim, təsərrüfatımın içərisindəki torpaq sahəsində yem saxlamaq üçün anbar tikmək və çobanların qalacaqları otaqlarda lazımi təmir-tikinti işlərini başa çatdırmaq idi. Çünki, rəhbərlik etdiyim təsərrüfatda təqribən 10 nəfər işçi çalışırdı ki, bu da orta hesabla 40-50 nəfərin dolanışığı demək idi. Elə ki, təsərrüfatımın içərisində taxıl anbarının tikintisinə və çobanların qalacaqları otaqların təmirinə başladıq, çox keçmədi ki, Fatmeyi kəndi üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Yusif müəllim ora gəlib bildirir ki, “tez tikintini dayandırın” deyə tapşırığını versə də, biz tikinti işlərini dayandırmadıq. Səbəb də onu göstərdi ki, tikintinin davam etdirilməsi üçün bir az, yəni nə az nə çox 10 min manat “şirinlik” lazımdır. Bu tapşırıq, rayonun memarlıq və tikinti şöbəsinin rəhbəri, “əməkdar memar” fəxri adını daşıyan Akif Əliyevdən verilən “əməkdar tapşırıq”dır dedi. Amma verilmiş tapşırığa baxmayaraq, biz tikinti işlərini davam etdirdik. Məhz ona görə ki, yem ehtiyatını saxlamaq üçün anbar yeri ilə bərabər, çobanların qalacaqları otaqlarda şərait də yox idi. Elə ki, o, çıxıb getdi, bir-iki gündən sonra Baba Qurbanov adlı şəxs gəlib bildirdi ki, “siz tikintini dayandırmalısınız, mən memarlıq və tikinti şöbəsinin işçisiyəm, tikintiyə nəzarət şöbəsində də çalışıram. Rəhbərlikdən mənə belə bir göstəriş verilib ki, get tikintini dayandır” dedikdə, mən ondan kim olduğunu, harada hansı vəzifəni daşıdığını soruşub, xidməti vəsiqəsini tələb etdim. Dərhal o, “mən sənə heç bir sənəd göstərə bilmərəm” deyib ərazidən uzaqlaşdı.



Elə ki, 12 aprel 2016-cı il tarixdə onlar mənim təsərrüfatda olmadığımı dəqiqləşdirə biliblər, dərhal həmin günün axşamçağı vaxtlarında icra hakimiyyətinin təqribən 10-15 nəfər əməkdaşı təsərrüfatımın yerləşdiyi əraziyə gəlirlər və hasarı aşaraq giriş qapısındakı “zamok”ları sındırıb, ağır texnika ilə tikintisi aparılan yem anbarını və çobanların qalacaqları otaqları altüst edirlər. Hal-hazırda taxıl ehtiyatını yığmağa anbar, çobanların qalmalarına otaq olmadığından, iş fəaliyyətim yarımçıq qalıb. Elə ki, apardığım tikinti işləri tamamilə darmadağın edildi, həmin günün səhəri “əməkdar tapşırıq”ları ilə xüsusi ad çıxaran Akif Əliyevin qəbulunda oldum. Düzdür, o, məni dinlədi, amma necə? Bir növ o, özünü sığortalamaq məqsədilə bildirdi ki, “sən yem anbarının tikintisi və çobanların qalacaqları otaqların təmir olunması ilə bağlı mütləq sənəd almalısan” dedikdə, məni təəccüb bürüdü. Çünki, məhz onun “şifahi razılığı” əsasında, bu gün nəinki Fatmeyi kəndində, hətta rayonun digər ərazilərində belə, minlərlə yaşayış evləri, təmtəraqlı villalar tikilib. O halda sual oluna bilər ki, ay Akif müəllim- həmin evlərin, təmtəraqlı villaların tikintisinə hansı əsaslandırıcı sənədləri vermisən? Deməli, sənin “şifahi razılığı”ın, əksər dövlət qurumlarının təsdiq etdikləri sənədlərdən də keçərlidir. Yoxsa,...”



Bəli, bütün bunlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyində olan, amma 10 min manat “şirinlik” vermədiyinə görə incidilən, tikintisi viran edilən sahibkar Elşən Xıdırovun danışdıqlarıdır, səsləndirdiyi iradlarıdır. Belə olan halda ortaya şoxsaylı suallar çıxır ki, ölkə rəhbəri cənab İlham Əliyevin sahibkarlara lazımi şəraitin yaradılması, müəyyən köməkliklərin göstərilməsi və.s yöndə, yerli vəzifə sahiblərinə müəyyən tapşırıqlarını verib?. Bəs indi atılan addımlara, sahibkar Elşən Xıdırovun çıxılmaz duruma salınmasına nə ad vermək olar? Deməli, vəzifə sahiblərinin atdıqları addımlar ölkəmizdə sahibkarlığın inkişafına deyil, ölkə rəhbərinin vermiş olduğu tapşırıqların əleyhinə atılmış addımlardır ki, bu gün də onların acı nəticəsi göz önündədir.



Problemin varlığını diqqətdə saxlayacağıq. dunyaxeber.info

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. 



Yeni meydan.info


Teqlər:
Bu xəbər cəmi 1395 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR