Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məktəblərimizin “ölü canlar”ı Adı olub, özü olmayan müəllimlərə görə kimlər məsuliyyət daşıyır?

Məktəblərimizin “ölü canlar”ı Adı olub, özü olmayan müəllimlərə görə kimlər məsuliyyət daşıyır?


Məktəbdə adı olan, özü olmayan müəllimlər var. Bu barədə Təhsil Nazirliyinin rəsmiləri də etiraf etsələr də, problem hələ də həllini tapmır.



Qeyd edək ki, bu məsələni bu yaxınlarda Təhsil Nazirliyi informasiya şöbəsinin müdiri Elnur Əliyev yenidən gündəmə gətirib. Nazirliyin rəsmisi media nümayəndələri üçün keçirilən təlimdə bildirib ki, məktəblərdə, təhsil sistemində yüzlərlə, minlərlə adları gedən, lakin özləri olmayan müəllim var. Bununla yanaşı E.Əliyev ibtidai sinif müəllimləri arasında təhsil səviyyəsi aşağı olanların çoxluq təşkil etdiyini deyib: “2014-cü ildə Bakıda keçirilən qiymətləndirmə zamanı 30 minə yaxın müəllimdən təxminən 6500-ü ibtidai sinif müəllimi olub. Elə o zaman da ən böyük problemimiz həmin müəllimlərlə yaranıb. Çünki onlar arasında təhsil səviyyəsi aşağı insanlar çox idi. Hətta elə olub ki, elmi dərəcəsi olanlar yalnız 5-6 suala cavab yaza bilib. Qiymətləndirmə zamanı bütün bu problemlər aşkara çıxıb. İmtahan nəticələrindən narazı qalan 3000 müəllimlə görüşüb əsas məqsədi onlara başa saldıq. Başa saldıq ki, sizinlə yanaşı, digər müəllimlərin fərqi bilinməlidir”.



Təhsil üzrə ekspert Nadir İsrafilov “Ekspress”ə bildirib ki, müəllimlərin bilik və bacarıqlarının aşağı səviyyədə olması kimi bəyanatların təhsil ekspertləri tərəfindən deyil, məhz Təhsil Nazirliyinin rəsmilərinin dilindən eşitməyimizə artıq alışmışıq: “İstər-istəməz adama “sənə yar, səndən yar şikayətim var” məsələsini xatırladır”.



İsrafilov bildirib ki, təhsil sistemində, məktəblərdə yüzlərlə, minlərlə adları gedən və özləri olmayan müəllimlərin olmasını və bunun həllolunmaz bir problem kimi illərlə davam etməsini heç cür başa düşmək olmur: “Belə bir faktın adi tərzdə, artıq alışdığımız və elə də ciddiyə almadığımız digər nöqsanlar fonunda, bir növ heç nə baş verməmiş kimi bəyan edilməsi çox maraqlı görünür. Bir vaxtlar daha çox rus dilində “mertvıye duşı” (ölü canlar) kimi ifadə etdiyimiz, hazırda “adları gedən və özləri olmayan” kimi qələmə verib, sakitliklə üstündən keçdiyimiz bir fakta görə cinayət işi açılardı. İndi isə belə bir dəhşətsaçan faktı sıradan bir statistik rəqəm kimi təqdim edirik. Bu isə oxu atıb, yayı gizlətməyə bənzəyir. Kimlərdir bu yüzlərlə, minlərlə adları olub özləri gəlməyənlər, onlara rəvac verənlər və bunları gizlədənlər?”



Onun fikrincə, nə qədər ki, təhsilimizdə cəzasızlıq sindromu hökm sürəcək və sadəcə faktları sadalamaqla kifayənlənəcəyik, belə halların bir daha baş verməyəcəyindən sığortalanmaq mümkün olmayacaq.



Təhsil eksperti Əjdər Ağayevin sözlərinə görə, adı olub, lakin məktəbdə dərs deməyən müəllim sayının çox olması xoş deyil: “Bu problem daha çox ucqar rayonlarda və kənd yerlərində yaşanır. Aidiyyəti qurumlar bu məsələ üzərində ciddi araşdırma aparmalıdır. Hansı məktəbdə məlum problemlər yaşanarsa, bu işi görən şəxslər cəzalandırılmalıdır. Hansı məktəbdə bu fakt aşkar olunubsa, bunun ilk məsuliyyətini həmin rayonun təhsil şöbəsi daşıyır”.



Müsahibimizə görə, bəzi ucqar kənd məktəblərində ərazilərdə adı gedən, özü olmayan müəllimlərlə yanaşı, bu cür şagirdlərədə rast gəlmək olar.



Təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı isə hesab edir ki, məktəblərdə adları olan özləri isə olmayan müəllimlərlə bağlı kadr fırıldağı çoxdan var: “Elə kadrlara “ölü can”lar deyirlər. Onların adına maaş yazılır, özləri isə işləmir. Onlara əmək kitabçası açılır, pulu isə direktorlar mənimsəyir. Belə hallar çoxdur”.



M.Zülfüqarlı qeyd edib ki, məcburi köçkün uşaqları üçün əvvəllər “papka” deyilən məktəblər vardı: “Elə məktəblər vardı ki, sənədləri olsa da, özləri yox idi”.



Onun dediyinə görə, buna nəzarət edən dövlətin müxtəlif qurumları var: “Bu məsələ ilə bağlı faktlar üzə çıxanda bunu edənləri məsuliyyətə cəlb edirlər. Amma təəssüf ki, hələ də belə hallar davam edir. Bunu edən şəxslər uzun müddət cəzasız qaldıqları üçün davam edirlər. Qanunu pozduqları üçün onları sərt cəzalandırmaqla bunun qarşısını almaq olar. Nəzarəti gücləndirmək lazımdır. Buna hansısa məktəb rəhbərliyi, ondan yuxarı instansiya göz yumursa, deməli, yuxarıdan aşağıya kimi korrupsiya halları baş verir”.



Ekspert bildirib ki, “ölü canlar” fırıldağının müxtəlif yolları var: “Elə olur ki, jurnal doldurulur, dərs keçirilmir. Direktor kimisə işdən azad edir, onun yerinə başqasının adını yazır. Uzun müddət məktəbdə işləyən müəllimlər bunları yaxşı bilirlər. Bu, uşaqlara tələb olunan təhsili almaqda əngəl olur. Həmin müəllimi başqası əvəz edir və ya həmin kadr olmur. Olmayan kadrın saatları başqasına əlavə olunur ki, bu da dərsin keçirilmə səviyyəsini aşağı salır. Həm də bu, maddi cəhətdən dövlətə ziyandır, dövlətçiliyə xəyanətdir”.


Teqlər:
Bu xəbər cəmi 710 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR