Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“TQDK-nın ləğvi iki ay çəkəcək” - Məleykə Abbaszadə

“TQDK-nın ləğvi iki ay çəkəcək” - Məleykə Abbaszadə


Dövlət İmtahan Mərkəzinin Direktor Şurasının sədri Məleykə Abbaszadə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının fəaliyyətinə nə vaxtdan rəsmi xitam veriləcəyini açıqlayıb.



Qafqazinfo”nun məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktor Şurasının sədri M.Abbaszadə Trend-ə açıqlamasında bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına götürüldükdən sonra ləğv ediləcək: "Dövlət İmtahan Mərkəzinin yaradılması ilə bağlı Prezidentin verdiyi fərmanda xüsusi bənd var. Orada qeyd edilir ki, Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına götürüldükdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ləğv ediləcək. Hazırda biz bu istiqamətdə müəyyən işlər aparırıq. Bu işlər başa çatandan sonra - DİM dövlət qeydiyyatına alındıqda bu iki qurumun işinə xitam veriləcək".



M.Abbaszadə hesab edir ki, bütün bu hüquqi prosedurlar bundan sonra hələ təxminən iki ay ərzində də davam edəcək: "Buna görə də hər iki qurumun öz fəaliyyətini tam olaraq, dayandırması təxminən iki aydan sonra mümkün olacaq. Hüquqi prosedurlar yəqin ki, iki ay çəkəcək".



M.Abbaszadə DİM-in strukturu formalaşdıqdan sonra ləğv ediləcək TQDK və DQMDK-nın işçiləri arasında gözlənilən ixtisarların çox olub-olmayacağı barədə hələlik heç nə deyə bilməcəyini də söyləyib: "Çünki biz strukturu formalaşdırdıqdan sonra bu işə başlayacağıq"


Teqlər:
Bu xəbər cəmi 1255 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR