Türkiyə Suriya ilə sərhəd şəhəri olan Kilisə əlavə zirehli texnika yerləşdirir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumatlara görə, zirehli yük karvanını polis müşayiət edib. Bundan əlavə, təhlükəsizlik tədbirləri gücləndirilib.
Xatırladaq ki, daha əvvəl Türkiyə silahlı qüvvələrinin Kilisdə tankların sayını artırdığı bildirilmişdi.