Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sabirabadda müəllimlərin haqqını kimlər yeyir? - İTTİHAM VAR

Sabirabadda müəllimlərin haqqını kimlər yeyir? - İTTİHAM VAR


Onlarla müəllimin hüququ Kapital Bankın Sabirabad filialı və Sabir adına 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayeva tərəfindən kobud şəkildə pozulub. Bu barədə DİA.AZ-a zərərçəkən müəllimlər məlumat verib. 



2015-ci ilin iyulun 1-də zərərçəkən müəllimlər Sabirabad Prokurorluğuna şikayət ediblər. «Diləfruz Mustafayevaya müəllimlərə qarşı dələduzluq etməsi faktına görə, 15.07.2015-ci ildə CPM-in 178.2.4-cü maddəsiylə Sabirabad Polis Şöbəsinin baş müstəntiqi Şahin Abdulov tərəfindən cinayət işi açılıb. 02.09.2015-ci ildə yerli məhkəmə onu günahkar bilərək (CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə ) 3 ay müddətində həbs qəti imkan tədbiri seçilmişdi. Lakin kimlərsə külli miqdarda dövlət vəsaitini mənimsəmiş direktoru həbsdən buraxdırmağı bacarıb», 8 aydır ki cinayətkar direktora ev dustaqlığı verilib.

Bu cinayət işində rayonun bir neçə vəzifəli şəxsinin də adı keçir. Sabirabad Prokurorluğunda sabiq direktora qarşı cinayət işinə əlavə 308.1 maddəsi ilə də iş qaldırılıb. «Amma işin Rayon daxilində düzgün aparılmaması səbəbindən zərərçəkən müəllimlər Baş Prokuorluğa müraciət etmişdilər. Nəticədə iş Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verilib». Korrupsiyanın müstəntiqi isə demək olar ki, işin 80 faizini yerinə yetirib.Bircə qalıb Bankın əməkdaşlarının cinayət məsuliyyətinə cəlb etmək və işi Məhkəməyə ötürmək.



Müəllimlər dia.az-a deyir ki, cinayət işi qaldırılmasından 9 aydır keçir. Lakin buna baxmayaraq, nə proses yekunlaşır, nə də müəllimlər həmin vaxtdan bəri maaşlarını ala bilmirlər. Çünki Kapital Bankın Sabirabad filialı onların kartlarına köçürülmüş maaşlarını tutaraq, onları kredit ödənişlərinə cəlb edir. «Dəfələrlə Kapital Bankın mərkəzi ofisinə müraciət edərək, problemin aradan qaldırılmasını istəmişik. Lakin heç bir xeyri olmayıb. Halbuki Diləfruz Mustafayevanın törətdiyi cinayətin şərikləri elə Kapital Bankın Sabirabad filialının əməkdaşlarıdır».Əgər Korrupsiyanın müstəntiqi Bankın işçilərini cinayət məsuliyyətinə cəlb etsə, müəllimləri də zərərçəkmiş kimi tanınması haqqında qərar qəbul etsə,elə həmin andan müəllimlərin plastik kartlarından qanunsuz tutulmalar dayandırıla bilər.Deyəsən, bu çıxış yolunun da qarşısını alan böyük quvvə var. 



Biçarə qalan müəllimlər mülki iş üzrə iddia qaldırmaq istəsələr də məhkəmə qəbul etməyib. Əsas kimi isə yazılan ərizələrin doğru olmaması göstərilib. Daha doğrusu, ərizələrin yazılışının yanlış olduğunu vurğulayıblar. Maraqlıdır ki, dövlət büdcəsindən 500 000 manat pul mənimsəyən sabiq direktorun ev dustaqlığı müddəti Sabirabad Məhkəməsinin sədri Qarayev Malik tərəfindən artırıla bilir, amma haqlarını tələb edən müəllimlərin şikayət hüquqları əllərindən alır. 

 


Teqlər:
Bu xəbər cəmi 955 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR