Bu il aprelin 1-dən SOCAR əməkdaşlarının vəzifə maaşları tarif səbətinə uyğun olaraq 10 faiz artırılıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Trend-ə SOCAR-dan deyiblər.
Müvafiq əmr SOCAR prezidenti Rövnəq Abdullayev tərəfindən imzalanıb.
Məvacib artımı SOCAR-ın bütün əməkdaşlarına aid edilib.