Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Oğlu qızları güllələyən məmurun maxinasiyaları-FAKT

Oğlu qızları güllələyən məmurun maxinasiyaları-FAKT
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçmiş direktoru Ayaz Orucov barəsində cinayət işi başlana bilər. Bu barədə TİA.AZ-a verilən məlumatda deyilir ki, sabiq deputatın Fond rəhbərliyindən gedişindən sonra Hesablama Palatası ciddi yeyinti faktları aşkarlayıb.


Cəmi 4 nəfərə cəza



Eks-deputatın yerinə Fərhad Təhməzov təyin olunub. F.Təhməzovun gəlişi də Fondun fəaliyyətində ciddi irəliləyişə səbəb olmayıb. Əksinə, yeyinti faktının üzərinsən sükutla keçilib.

Hətta Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bu qurumun nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucovu işdən çıxararkən də maliyyə maxinasiyalarına göz yumub.

TİA.AZ-a verilən məlumatda bildirilir ki, Hesablama Palatasının aşkarladığı 170 milyon manat yeyintiyə görə 1 nəfər işdən çıxarılıb, 3 nəfərə də töhmət verilib.

Dövlət büdcəsindən köçkünlərin sosial inkişafına yönəlik 170 milyonluq vəsaitin mənimsənilməsi nəticəsində cəzalanan cəmi 4 nəfər olub. Nə Ə.Həsənov A.Orucovdan hesabat tələb edib, nə də bir cəza tədbiri işə salınıb.

Amma bu faktın artıq rəsmi şəkildə üzə çıxması keçmiş Fond direktorunu çətin vəziyyətə salıb. Artıq bütün dayaqlarını itirmiş və qalmaqallı hadisələrə görə ölkə rəhbərliyinin gözündən düşmüş A.Orucovla haqq-hesab çəkiləcək. Hər halda170 milyonun hara sərf olunduğu bardə sorğu-sual ediləcək.



Hesablama Palatasının - HESABATI



Xatırladaq ki, Fondun keçmiş rəhbərinin oğlu Bakıda “Galevagen” markalı maşında qızlar olan avtomobili gülləyə tutmuşdu.

Bildirək ki,Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondundan Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna (MKSİF) ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı ciddi korrupsiya faktları aşkarlayıb. HP-nın 2015-ci ilə dair hesabatına görə, Neft Fondu sözügedən quruma 2012-2014-cü illər ərzində 900 milyon manat vəsait ayırıb.

Hesabatda göstərilir ki, MKSİF "Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmayıb.



Yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hissələrinin planlarının hazırlanması, tikintiyə dair texniki-iqtisadi hesablamalarına texniki-iqtisadi əsaslandırmaların dövlət ekspertizasından keçirilməsi təmin edilməyib. 



Dövlət Proqramında nəzərdə tutulan yaşayış qəsəbələrinin tikintisinin satın alınması üçün tender komissiyası yaradılsa da, qurum faktiki olaraq fəaliyyət göstərməyib. Açıq tenderin keçirilməsinə kifayət qədər vaxtın olmasına baxmayaraq, 23 layihənin hamısı tendersiz, birbaşa müqavilə bağlanılmaqla satınalmalar həyata keçirilib. 



Hesabata görə, obyektin vaxtında təhvil verilməməsi səbəbindən Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən obyektlər üzrə başa çatmayan tikililərin dəyəri artıb, podratçı təşkilatlar üzrə debitor və kreditor borclar yaranıb. Məcburi köçkün ailələrinin yeni tikilmiş qəsəbələrə köçürülməsi üzrə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Repatriasiya Departamentinə ödənilən vəsait müvafiq hesablamalara əsaslanmayıb.



MKSİF tərəfindən satın alınacaq tikinti işlərinin ehtimal olunan dəyəri şişirdilib. Hesablama Palatasının hesabatından məlum olur ki, burada mənzil tikintisinə çəkilən məsrəflərin ölkə üzrə orta göstəricilərlə tam uyğun olmaması, həmçinin bu istiqamətdə başa çatmamış investisiya xərcinin dinamik artımı ayrılan vəsaitlərdən səmərəli və qənaətlə istifadə edilmədiyini göstərir. Bu da sonda Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında icra edilməməsinə səbəb olub. 



Görülən işlər nəticəsində MKSİF-in həyata keçirdiyi korrupsiya əməllərindən yalnız 36,5 min manatı bərpa edilib, 5.7 milyon manatlıq debitor borc bağlanıb, 131.3 milyon manatlıq vəsait isə uçota alınıb. Burada məlum olan təqribən 170 milyonluq "yeyinti" faktına görə cəzalandırılma, 1 nəfərin işdən azad olunması, 3 nəfərə töhmət verilməsi ilə yekunlaşıb. 



Hesablama Palatası həmçinin MKSİF tərəfindən həyata keçirilən "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi" layihəsi üzrə dövlət büdcəsindən ayrılan və Dünya Bankından cəlb edilən vəsaitlərin istifadə vəziyyətinə dair audit keçirib. Nəzarət tədbiri 25.5 milyon dollar məbləğində vəsaiti əhatə edib.



Layihənin icra müddəti ərzində təmir və bərpası nəzərdə tutulan 95 İYB-dən qrafik üzrə başa çatdırılmalı 76 obyektdən yalnız 45-i üzrə icra işləri tam başa çatdırılıb. 



Layihənin əsas hədəf göstəricilərindən biri olan faydalananların tərkibində məcburi köçkünlərin sayının icma mikrolayihələrinin həyata keçirilməsi üzrə ən azı 75 faiz, ictimai yaşayış binalarının təmiri və bərpası üzrə ən azı 80 faiz olması nəzərdə tutulduğu halda, İML -dən 98.3 min nəfər faydalanandan 67 min nəfəri və ya 71 faizi, İYB-dən 16.2 min nəfər faydalanandan 12.4 min nəfər və ya 76.5 faizi məcburi köçkünlər olub.



Məcburi köçkünlərin mikrokreditlərin verilməsi alt-kompanenti üzrə vasitəçi kredit təşkilatları (VKT) kimi seçilmiş 10 kredit ittifaqına fondla bağlanmış kredit müqavilələri əsasında layihədə nəzərdə tutulan məbləğ tam olaraq köçürülsə də, icrasında nöqsanlar aşkar olunub.



Belə ki, layihənin icra müddəti ərzində mikrokreditlərin verilməsi nəzərdə tutulan 1500 nəfərə qarşı auditlə əhatə olunan dövr ərzində 797 nəfərə (53 faiz)kredit ayrılıb. Onun da 570 nəfəri əvvəlki illərdə Fond tərəfindən həyata keçirilən mikromaliyyə proqramları üzrə kredit alanlar olub.



Hesablama Palatasının yoxlamalarından sonra MKSİF 14.7 min manat məbləğində vəsaitin bərpa edildiyi, 8 obyekt üzrə ümumilikdə 58.5 min manat məbləğində işlərin podratçılar tərəfindən yerinə yetirilməsinin təmin olunduğu qeyd edilir. 



Orucovun “vurulmasının” sirri



Ayaz Orucov 81 saylı Beyləqan seçki dairəsindən deputat seçilmişdi. Ayaz Orucovun “vurulması”nın əsas səbəbkarı oğlu olub. Deputatın oğlu İsmayıl Orucovun adı bu günə qədər bir çoх qalmaqallara qarışıb. Onun ən böyük qalmaqalı isə yolun ortasında qadınlara atəş açması olmuşdu.



Məlumat üçün хatırladaq ki, o, 2013-cü ilin noyabr ayının 13-dən 14-nə keçən gecə Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açmışdı. Həmin vaxt “Nissan Juke”də iki qadın – sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub.



A.Cəfərova həmin vaхt verdiyi açıqlamada bunları demişdi: “Olimp” mağazasının yanından üzü Azadlıq prospektinə tərəf gedirdik. Prospektə az qalmış ağ rəngli, “Mercedes Galenvagen” bizim olduğumuz “Nissan Juke”un arxasınca düşdü. O maşından əcaib səslər çıxırdı, polis maşınlarında olduğu kimi işıqları vardı. Əvvəlcə elə bildik ki, “QAİ” maşınıdır.



Sağımıza, solumuza keçirdi. Biz biləndə ki, polis deyil, onlara fikir verməməyə başladıq. Onlar bizdən əl çəkmədilər. Binəqədini bir neçə dəfə fırlandıq ki, bizdən əl çəksinlər. Özlərində deyildilər. Maşının şüşəsini aşağı salmışdılar, az qalırdılar maşından özlərini maşınımızın üstünə atsınlar. Gülürdülər, səslərini atmışdılar başlarına.



Bu adamlar spirtli içkinin təsiri altında olana oxşamırdı. Gözləri hədəqədən çıxmışdı. Hərəkətləri də normal insanın etdiyi hərəkətlər deyildi. “Qızıltac” restoranının arxasında sanki bir tappıltı gəldi. Ramilədən soruşdum ki, bu nə səsdir? Dedi ki, deyəsən, maşına daş atırlar. Bizim heç ağlımıza gəlməzdi ki, maşına güllə atarlar.

Sonradan bir də həmin səs gəldi. Onda mən dedim bizə silahdan atəş açırlar. “Leyla” şadlıq evinin qarşısına çıxanda yenə iki atəş açıldı. Yoşa “Lukoyl” “zapravka”sınının yanına çatıb dönəndə arxadan maşına daha iki atəş açıldı. Ramilənin maşınının arxa şüşəsi dağılıb töküldü. Bundan sonra qaçıb getdilər”.



“Rəfiqəm pul alıb çəkildi”



A.Cəfərova hər iki şəxsin cəzalandırılmasını tələb etsə də, rəfiqəsi qarşı tərəfdən pul alıb: “Ramilə İsmayılova pul alıb çəkildi kənara. Mən pul istəmirəm. Bu cinayətin araşdırılmasını tələb edirəm. Bu adam bizim həyatımıza qəsd edib”.



Bu olaydan sonra yeni sakit dayanmayan İsmayıl Orucov eyni hərəkəti yenə təkrarlamışdı. Belə ki, 2014-cü ilin mart ayının əvvəlində deputatın oğlu Bakıda bir maşını gülləyə tutması haqda xəbər yayılmışdı.



Həmin xəbərdə deyilirdi ki, İsmayıl Orucov bahalı “Mercedes” avtomobilindən yaxınlığından keçən bir şəxsin avtomobilinə tapançadan atəş açıb.



Nəticədə maşının arxa şüşəsi sınsa da, sürücü fəsarət almayıb. Məlumatda bildirilirdi ki, onların arasında əvvəlcə mübahisə yaranıb, deputatın oğlu onu hövsələdən çıxaran şəxsi elə yolun ortasında cəzalandırmaq qərarına gəlib. Sonradan isə olay 30 min manat kompensasiya müqabilində həll edilib.



Biznesinin çöküşü - Siyahı



Onu da qeyd edək ki, son illər Ayaz Orucovun biznesində ciddi problemlər yaranıb. Onun biznes şəbəkəsinə daxil olan çoxsaylı sexlərin, restoranların və şirkətlərin bir çoxunda işçilərə əmək haqlarının verilməsində gecikmələr gecikmələr olub.



Onun biznesində problemlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsindən çıхarılmasından sonra başlayıb. Deputatın biznesi demək olar ki, çöküb.



Ayaz Orucovun biznes şəbəkəsinə “Hidromaş servis” QSC, “Espanyol mebel” və digər şirkətlər, o cümlədən Beyləqan rayonunda və Bakı ətrafında çoxsaylı restoranlar, mağazalar, mebel sexləri və s. daxildir. İtaliya markası olan “İndesit” soyudcularının Azərbaycandakı distribütorluğunu da deputatın şirkəti həyata keçirir. Həmçinin onun biznesinə digər məişət avadanlıqlarının ixracı və satışı daxildir. Qarşı tərəfin mövqeyini çap etməyə hazırıq. 


Teqlər:
Bu xəbər cəmi 1365 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR