Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Manat üçün ağır günlər başlayır: DEVALİVASİYA QORXUSU

Manat üçün ağır günlər başlayır: DEVALİVASİYA QORXUSU
Ən geci iyun ayından etibarən ciddi pul qıtlığı yaranacaq, ardından isə milli valyutanın dəyərdən düşməsi prosesi yaşanacaq


Son günlər manatın dollar və avro qarşısında güclənməsi nisbidir. Yaxın günlərdən etibarən Azərbaycan valyutası yenə dəyər itirməyə başlayacaq. Bunu JAM.AZ-a hökumətdəki etibarlı mənbələrdən məlumat veriblər. 

Məlumatda deyilir ki, Azərbaycan pulunun hazırkı məqamda güclənməsinin başlıca səbəbi Rusiya zonasına aid olduğumuzdandır. Belə ki, Rusiyada hazırda dollar nisbətən ucuzlaşmağa başlayıb. «Lakin bu ucuzlaşma sırf iqtisadi əsaslar hesabına deyil, inzibati üsullar sayəsində mümkünləşib. Bir müddətdən sonra qonşu ölkədə də dollar sürətli şəkildə bahalaşmağa başlayacaq». 

JAM.AZ-a danışan mənbə vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankı vəziyyətin nə yerdə olduğunu bilsə də, hələlik tutarlı tədbirlər görə bilmir. Və ya görmür. «Bankların birləşdirilməsi, manatın nisbətən sabitləşdirilməsi kimi işlər xırda detallardır. Azərbaycan pulunun güclənməsi üçün yetərli iqtisadi əsaslar yoxdur. AMB isə hökumət qarşısında həmin iqtisadi əsasları yarada biləcək heç bir təklif qoymayıb». 

Qeyd edilir ki, əhalinin əlindəki valyuta ehtiyatını da satışa çıxarması müvəqqəti haldır. «Bu gün ölkədə ciddi manat qıtlığı var. Büdcə təşkilatları belə əmək haqqlarının verilməsində çətinlik çəkirlər. AMB hesab edir ki, dövriyyədə nə qədər az manat olarsa, dollara təlabat da bir o qədər azalacaq. Lakin belə bir taktika hələ dünyanın heç bir ölkəsində uğur qazanmayıb. Əksinə, bir müddət durum sabitləşsə də, sonradan devalivasiyanın ağır formaları təzahür etməyə başlayıb». 


Mənbə ən geci iyun ayından etibarən Azərbaycan manatının ağır günlərinin başlayacağını proqnozlaşdırır. Onun sözlərinə görə, yay aylarında manat qıtlığı daha çox hiss olunmağa başlayacaq. Və bir müddət sonra dolların məzənnəsində yüksəlişlər özünü göstərəcək. «Həmin proses dönəmində manatın dollar qarşılığında duruş gətirə biləcəyi inandırıcı deyil. Çünki hökumət belə qısa müddətdə prosesin qarşısını almaq üçün heç bir addım atmaq gücündə deyil».


Teqlər:
Bu xəbər cəmi 1440 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR