Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Sıfırı mənfiləşdirən adamın riyazi savadı da elə mənfi sıfır səviyyəsindədir”

“Sıfırı mənfiləşdirən adamın riyazi savadı da elə mənfi sıfır səviyyəsindədir”

“Nayma Qəhrəmanova heç özü də bilmir ki, sıfır mənfiləşmir. Çünki o, riyaziyyat üzrə metodist, mütəxəssis deyil, yol mühəndisidir. Onun tədrisdən xəbəri yoxdur”


 







Dəfələrlə olub ki, orta məktəb dərsliklərində, eləcə də əlavə dərs vəsaitlərində, test kitablarında yer almış ciddi səhvlərlə bağlı narazılıqlar yaranıb. Şagird və müəllimlər, həmçinin valideynlər dərsliklərdə yer alan səhvlərlə bağlı kəskin etirazlarını bildiriblər. Təəssüflər olsun ki, dərsliklərlə məşğul olan qurumlar bu səhvlərin aradan qaldırılması istiqamətində gözəçarpacaq səviyyədə heç bir iş görməyib. Müəllim və şagirdlər hələ də orta məktəb dərsliklərindən, əsasən də riyaziyyat kitablarının çətinliyindən və ciddi səhvlərin olmasından narazıdır. Bu günlərdə riyaziyyat fəndinə aid dərslikdə aşkar edilmiş növbəti səhv isə şagirdləri lap özündən çıxarıb. Belə ki, kitabdakı sualların birinin cavabı “- 0” (mənfi sıfır) kimi verilib. Dərsliyin müəllif Nayma Qəhrəmanova isə bunu ciddi səhv yox, çox adi hal hesab edib. 


 


Yenimeydan.info  təhsil eksperti Əjdər Ağayevlə bu məsələ ətrafında, həmçinin dərsliklərdə ciddi səhvlərin yer almasından danışıb. 


 


Ə.Ağayev bildirib ki, dərsliklərdəki problemlər ilk öncə Satınalmalar Palatasının nizamnaməsindən irəli gəlir: 


 


“Satınalmalar palatasının qaydalarına görə dərsliklərin hazırlanması və nəşri üçün tender keçirilirdi. Tenderdə qalib gələn nəşriyyat kitabın hazırlanmasını da, nəşrini də həyata keçirirdi. Bu da ciddi şəkildə tənqid olundu. Nəşriyyat ancaq kitabı nəşr edə bilər, kitabın hazırlanması isə nəşriyyata aid deyil. Düzdür, xarici ölkələrdə nəşriyyatlar mütəxəssislərdən ibarət qrup yaradır və kitab hazırlayıb nəşr edir. Amma bizdə o mədəniyyət yoxdur. Ona görə də prezident satınalmalar palatasını ləğv etdi. Təhsil Nazirliyi dərslikləri müsabiqələr yolu ilə yazdırmalıdır və bu işə də başlanılıb. Ancaq heç kəs ürək edib kitab yazmır, düşünürlər ki, yazdıqları nazirlikdən keçməyəcək. Ona görə də ya uşaq-muşaq dərslik yazır, ya da nazirlik o sahədə mütəxəssis olmayan adamlara sifariş verir. Dərslik yazmaq çox ciddi məsələdir. Dərslik yazan adam onun metodikasını, pedaqoji didaktik qaydaları, psixologiyanı bilməlidir. Sagirdlərin yaş səviyyəsi, temperamenti, iradi keyfiyyətləri, qavrama imkanları nəzərə alınmalıdır. Həm də anlayışlar uşaqlara bəlli olanlardan başlanılmalıdır. Dinazavrdan yox, toyuqdan, xoruzdan, yəni uşağın gördüyündən başlanılmalıdır. Kitab hazırlayanlar bu və ya digər vacib tələblərə nəzərə almırlar, o işə qiymət verənlər də təhsil sahəsinin adamları deyil. Ona görə də belə yarıtmaz hallar yaranır. Bu yarıtmaz hallar da hər kəsə bəllidir, şagirdlər ibtidai sinif riyaziyyat dərsliklərindən heç nə qavraya bilmirlər. Məktəb direktorları, müəllimlər məcbur olub bədən tərbiyyəsi, musiqi, texnologiya dərslərinin yerinə də riyaziyyatı öyrətməyə çalışırlar. Ancaq bu da düzgün deyil, dərsliklər qavranılan olmalıdır, yazılışı qaydasında olmalıdır”. 


 


Ekspert daha sonra vurğulayıb ki, riyaziyyat fənninə aid dərsliklərin hazırlanması və çapı ilə məşğul olan Nayma Qəhrəmanova əslində təhsilimizə zərbə vurur: 


 


“Başa düşmürəm Nayma Qəhrəmanova necə möhkəmlənib ki, bütün siniflər üçün dərslik yazır. Axı ibtidai siniflərlə müqayisədə yuxarı siniflərə yanaşma tamam fərqlidir. Nayma Qəhrəmanova güya bunların hamısını yaza bilir. Ancaq əslində o, təhsilimizə zərbə vurur və onu qoruyan, müdafə edən adamlar da o zərbədə həmşərikdirlər. 


Sıfrı mənfiləşdirən adamın riyazi savadı da elə mənfi sıfır səviyyəsindədir. Bu heç də texniki səhv deyil, zəhmət çəkib kitablar üzərində diqqətli olmalıdır. O özü elə yazıb ki, kitabda da elə gedib. Bu səhv onun  tam savadsızlığının meydana çıxmasıdır, bəyanıdır. Az qalırlar ki, valideynləri dərsliklərlə bağlı etiraz mitinqinə çatdırsanlar. Əlaqədar qurumlar kəskin və qəti göstəriş verməlidir ki, bu adam riyaziyyatın tədrisi və metodikası sahəsində mütəxəssis deyil. Nayma Qəhrəmanova gedib bacardığı, bildiyi işin qulpundan yapışsın. Ona insan kimi çox böyük hörmətim vardı, amma bilmədiyi sahədə bu problemləri yaratdığı üçün o hörmət heçə enib”. 


 


Əjdər Ağayev sonda qeyd edib ki, dərsliklə bağlı problemlərin məsuliyyəti birbaşa bu işi təşkil edənlərin üzərindədir: 


 


“İctimai fikir adamlarının bu barədə bir iş görmək səlahiyyətləri yoxdur. Aidiyyati qurumlar, rəhbər kadrlar bütün bunları nəzərə almalı, dərsliklərlı bağlı dərhal ciddi işlər, tədbirlər görməlidir. Deyilənlər, fikirlər nəzərə alınmalı, nəticəsiz qalmamalıdır”. 


Teqlər:
Bu xəbər cəmi 1135 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR