Ölkəmizdə mövcud olan mobil şəbəkələrin fəaliyyəti ilə bağlı ictimai qınağın eləcə də tənqidi yanaşmaların mətbu orqanlarda dəfələrlə yer almasına baxmayaraq , onlar bu tənqid və iradlardan bir nəticə çıxarmaq istəmirlər.Azərsel bu baxımdan birinciliyi əldən vermək istəmir desək yanılmarıq.Mən özüm də Azərsel müştərisi olduğum üçün dəfələrlə onların fırıldağının şahidi olmuşam.Xüsusilə kredit əməliyyatı zamanı abonentin gözü qarşısında onu aldatmaqdan belə çəkinmirlər. 18 -04-16 tarixində saat 19:40-da 050 391 93 .. nömrəsinə “E-manat sistemi” vasitəsi ilə 5AZN kontur yüklədikdən sonra mənə SMS- lə mesaj gəldi.Mesajı olduğu kimi təqdim edirəm:Hörmətli Abonent!Balansınızdan 6.48AZN borcdan 4.80AZN silindi. Hazırda mövcud olan kredit borcunuzun mebleği 1.68AZN. Gördüyünüz kimi mən 5AZN ödəyirəm amma borcdan 4.80AZN çıxırlar.Həmişəkindən fərqli olaraq bu dəfə şirkətə müraciət etdim.Lakin qeybə çəkilmiş 0.20AZN –nin talehi barədə heç bir operator sualımı cavablandıra bilmədi.Yeri gəlmişkən şirkətin dünyada analoqu olmayan xidmətinə baxın.1.80AZN kredit götürürsən,1saatdan sonra kontur yükləyirsən 0.36AZN xidmət haqqı çıxılır.Yəni bir saatlıq və ya bir günlük kredit 20% təşkil edir. Bu rəqəm ölkə bankları ilə müqayisədə təxminən 365 dəfə çoxluq təşkil edir.Nəzərə alsaq ki ,əhalinin əksəriyyəti mobil rabitədən istifadə edir,onda kifayət qədər ciddi bir maxinasiyanın şahidi oluruq.3 milyon abunəçidən ayda 0.20AZN “yoxa”çıxdıqda, bu ,600.000AZN –nin “qeybə” çəkilməsi deməkdir. İlk baxışda sadə göründüyü qədər ciddi bir faktın ortaya çıxdığı açıq aydın görünür.Aidiyatı qurumların məsələyə müdaxiləsi mütləqdir və faktla bağlı mövzuya qayıdacağıq.