Prezident Petro Poroşenko azadlığa buraxılacağı təqdirdə ukraynalı pilot Nadejda Savçenko üçün prezident təyyarəsi göndərməyə hazır olduğunu bildirib.
“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Danimarka baş naziri Lars Rasmusenlə keçirdiyi birgə brifinqdə bəyanat verib:
“Bu gün Nadejdanın anası və bacısı ilə görüşüm olacaq. Mənim tərəfimdən Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar veriləcək. Həmin tapşırıq xarici işlər nazirinə də verilib. Bu, çətin tapşırıqdır. Düşünürəm ki, mümkün qədər tez -Nadejdanın evə qaytarılması ilə başa çatdırılmalıdır. Mən bütün hallarda qeyd etdim ki, öz nümayəndələrimlə birgə prezident təyyarəsini Nadejdanı evə gətirmək üçün göndərməyə hazıram”.