Rusiyanın Türkiyəyə qarşı məhdudiyyətləri davam edir.
“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, Rusiya xüsusi və xidməti pasportları olan Türkiyə vətəndaşlarına viza rejimi tətbiq edib. Qaydaya əsasən, Rusiyaya səyahət edən ümumi, xidməti və xüsusi pasport sahibi olan vətəndaşlar səyahətlərindən əvvəl Rusiyanın səfirlik və ya konsulluğundan səyahət məqsədlərinə uyğun viza almalı olacaqlar. Yeni qaydalar aprelin ortalarından qüvvəyə minib.
Müvəqqəti və ya daimi yaşamaq icazəsi olan Türkiyə vətəndaşları isə Rusiyaya vizasız səyahət edə biləcəklər.
Qeyd edək ki, Rusiya bu ilin yanvarın 1-dən etibarən ümumi pasportu olan Türkiyə vətəndaşlaırna viza rejimi tətbiq edib. Xüsusi və xidmət pasportları olanlara isə bu rejim aprelin ortalarından tətbiq etməyə başlayıb.