Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Açılış və bağlanış mərasimlərinin ssenarisi hazırlanır” - Mahir Məmmədov

“Açılış və bağlanış mərasimlərinin ssenarisi hazırlanır” - Mahir Məmmədov


Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov komitənin saytına müsahibə verib. "Qafqazinfo" həmin müsahibəni təqdim edir:



- Əvvəlcə FİDE rəsmilərinin Bakıya səfəri haqda danışmaq istərdik. Beynəlxalq Şahmat Federasiyasının nümayəndələriylə hansı məsələlər müzakirə edildi?



- FİDE prezidenti vəzifəsini icra edən Georgios Makropulosun rəhbərlik etdiyi nümayəndə heyətiylə bir sıra vacib məsələlər müzakirə edildi. Şahmat Olimpiadasının keçiriləcəyi Crystal Hallda olduq. Qonaq komandaların məskunlaşacağı otellərlə əməkdaşlıq memorandumu imzalandı. Görülən işlərlə bağlı hesabat verildi. Əməliyyat Komitəsiylə FİDE rəsmilərinin görüşündə qonaqların viza məsələsi, olimpiadanın açılış və bağlanış mərasimi, hakim və şahmatçıların qarşılanması və yerləşdirilməsi və digər mühüm məsələlər barədə fikir mübadiləsi oldu.



- Bu günə qədər Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin gördüyü işləri necə qiymətləndirirsiniz?



- Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunması üçün xeyli iş görülüb. Təşkilati işlər plan üzrə davam edir. Olimpiadaya hazırlıq həlledici mərhələyə qədəm qoyur. Bundan sonra FİDE rəsmiləri hər ay Azərbaycan paytaxtına səfər edəcək. Hər ay görülən işlərlə yerində tanış olacaqlar. Bu günə qədər Əməliyyat Komitəsində bütün departamentlər təsdiqlənib. Yarışın harada və necə keçiriləcəyi dəqiqləşib. Arenada lazımi media mərkəzi, VİP sektor və digər yerlərin bölgüsü olunub. Hazırda 42-ci Şahmat Olimpiadasının açılış və bağlanış mərasimlərinin senarisi hazırlanır.



- Yeri gəlmişkən, olimpiadanın açılışı harada keçiriləcək?



- Bununla bağlı tender elan olunub. Artıq mərasimi təşkil edəcək şirkətlə bağlı tenderin qalibi məlumdur. Onlar tərəfindən bizə iki arena təklif olunub. Hazırda son qərar verilməyib. Açılış və bağlanış mərasimində yerli mütəxəssislərin təcrübəsindən istifadə olunacaq. Qonaqlara Azərbaycan mədəni irsini nümayiş etdirmək istəyirik. Yaxın günlərdə mərasimin keçiriləcəyi məkan təsdiqlənəcək.



- Mötəbər yarışda iştirak etmək üçün Bakıyda çoxlu sayda qonaqlar və iştirakçılar gələcək. Onların viza məsələsi necə həll olunacaq?



- İlk gündən Gənclər və İdman nazirliyi bizə yaxından kömək edir. Viza məsələsində nazirliyin təcrübəsindən istifadə olunacaq. Qonaqların rahat şəkildə viza alması məsələsi müzakirəedilib. Fikrimcə heç bir problem olmayacaq.



- Turnir zamanı təhlükəsizlik məsələsi necə olacaq. Yəqin, bu məsələ diqqətdədir.



- Müvafiq orqanlarla danışıqlar gedir. Yarış zamanı təhlükəsizlik məsələsinin yüksək səviyyədə olması üçün lazımi işlər görülür. 2015-ci ildə Bakı şahmat üzrə Dünya Kubokunu yüksək səviyyədə təşkil etdi. Bu dəfə ölkələr və şahmatçıların sayı çoxdur. Olimpiadada 175-dən çox ölkə olacaq. Ona görə təhlükəsizlik tədbirləri daha güclü olacaq.



- Azərbaycan yığmalarının hazırlıq planı barədə məlumat verərdiniz. Komandaların heyətləri nə vaxt açıqlanacaq?



- Bu məsələ Azərbaycan Şahmat Federasiyasının diqqətindədir. Bildiyiniz kimi həm kişilər, həm də qadınlar arasında 3 komandayla təmsil olunacayıq. Artıq yığmaların kapitanları və hazırlıq planı dəqiqləşib. Komandalar təlim-məşq toplanışında iştirak edəcək. Tezliklə yığmalarımızın heyəti mətbuata açıqlanacaq.


Teqlər:
Bu xəbər cəmi 1170 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR