Rusiya prezidenti Vladimir Putin canlı yayımda ona ünvanlanan sualları cavablandırır.
“Qafqazinfo” xəbər verir ki, bu, sayca 14-cü illik “Vladimir Putinlə canlı yayım”dır. Dövlət başçısına ümumilikdə 2 milyona yaxın sual göndərilib.
Dövlət başçısına ünvanlanan maraqlı suallardan biri də 12 yaşlı məktəblinin sualı olub. “Ərdoğan və Poroşenko suda boğulsaydı hansını qurtarardınız” sualına Putin cavab verməkdə çətinlik çəkib:
“Bilmirəm necə deyim. Çətin durumda qaldım. Əgər kimsə boğulmağa qərar veribsə, onu xilas etmək artıq mümkün deyil. Lakin biz kömək əlimizi istənilən həmkarımıza uzatmağa hazırıq, əgər o özü bunu istəyirsə.
Rusiya düşmənlik həlqəsində olmayacaq, bu istisnadır.
Bizim dünyanın əksər ölkələri ilə mühriban əlaqələrimiz var.
Moskva Ankaranın dostu olaraq qalır. Lakin ayrı-ayrı siyasilərlə problemlərimiz var”.