“Qazprom” Türkiyənin qaz şirkətləri ilə tariflər barədə razılığa gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə RİA “Novosti” xəbər agentliyi məlumat yayıb.
Mənbə “Elə bu günlərdə vasitəçilər arasında qiymət məsələlərinin tənzimlənməsi barədə razılıq əldə olunub. Bu barədə yaxın vaxtlarda elan olunacaq”, deyə açıqlama verib.
Qeyd edək ki, bu il martın əvvəlində “Enerco Enerji” bəyan etmişdi ki, “Qazprom” qiymətlərin artırılmasını tələb edib.