Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

HAFİZ HACIYEV ƏKRƏM ƏYLİSLİNİN QANI ÜÇÜN PUL MÜKAFATI TƏYİN ETDİ

HAFİZ HACIYEV ƏKRƏM ƏYLİSLİNİN QANI ÜÇÜN PUL MÜKAFATI TƏYİN ETDİ
Qərarın icrası konkret şəxslərə tapşırılıb; ekspertlər isə bunu siyasi baxımdan ciddi yanlış, hüquqi baxımdan isə ağır cinayət əməli kimi qiymətləndirirlər


Hafiz Hacıyevin rəhbərlik etdiyi partiyanın İdarə Heyəti və Gənclər Təşkilatı növbədənkənar toplantı keçirərək yazıçı Əkrəm Əylislinin qulağının kəsilməsi barədə qərar verib. Bu barədə fevralın 10-da “Reytinq” qəzeti məlumat yayıb. Məlumatda həmçinin deyilir ki, yazıçının qulağının kəsilməsi qərarının icrası partiyanın gənc üzvlərinə tapşırılıb. 



Partiya sədri Hafiz Hacıyev qəzetə müsahibəsində belə bir qərarın qəbul edildiyini təsdiqləyib: “Azərbaycan xalqını təhqir edən, şərləyən yazıçının cəzalandırılması üçün ən uyğun variantın onun qulağının kəsilməsi olduğu qərarına gəldik. Bununla bağlı qərarımız var və o qərarı icra edəcək gəncə 10 min manat mükafat da ayırmışıq. Məndə olan məlumata görə, hazırda onu addım-addım izləyirlər, biz kimə tapşırmışıqsa onlar Əkrəm Əylislini harada tutsalar qulağını kəsəcəklər. Onun kəsilmiş qulağını mənə verən şəxsə bunun qarşılığında 10 min manat pul verəcəyəm. Bundan sonra mənə hansı cəzanın verilməsi hüquq-mühafizə orqanlarının işidir və mən cəzamı çəkməyə hazıram”.



Ekspertlər isə belə bir qərarın verilməsinin həm siyasi, həm də hüquqi baxımdan böyük yanlışlıq, qanun pozuntusu olduğunu bəyan edirlər. Belə ki, İctimai Palatanın Koordinasiya Şurasının üzvü, hüquqşünas Vidadi Mirkamal bu barədə danışarkən öncə məsələnin siyasi baxımdan yanlış qərar olduğunu əsaslandırdı: “Hafiz Hacıyevin partiyasının o cür qərar verməsi konstitusiyaya ziddir. Siyasi partiya zorakılıq, insan sağlamlığına qəsdi nəzərdə tutan heç bir qərar qəbul etməməlidir. Bu cür qərarların verilməsi terrora çağırış, həvəsləndirmədir. Odur ki, siyasi baxımdan çox böyük səhvə yol verilib. Hansısa şəxs hətta qatı cinayətkar olsa belə, onunla bağlı qanunlara uyğun tədbir görülməlidir, qulağını kəsmək kimi cəza tədbiri həyata keçirilməməlidir. Şəxsin qulağını kəsmək barədə qərar verən və hətta mükafat təyin edən partiya həm çox pis presedent yaratmış olur. Ona görə də həmin partiyanın bağlanması haqqında məsələ qaldırılmalıdır. Çünki bu partiya dinc mübarizə yolundan imtina edib zorakılığı təbliğ edən qərar verib. Azərbaycan Konstitusiyasının açıq-aşkar pozulduğu ortadadır”.



V.Mirkamal şəxsin qulağının kəsilməsi qərarının verilməsinin həm cinayət məsuliyyəti yaratdığını vurğuladı: “Hansısa fikrinə, yazısına görə şəxsin sağlamlığına zərər yetirməyə çağırış Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət tərkibi yaradır. Baş Prokurorluq həmin qərarın verilməsi ilə bağlı təcili fəaliyyətə keçməlidir. O qərara səs verən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu, qanunların tələbidir”.



Tanınmış hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Əkrəm Əylislinin qulağının kəsilməsi qərarı barədə KİV-lərdə məlumat yayılıbsa və Hafiz Hacıyev də partiyasının belə bir qərar verdiyini müsahibəsində təsdiqləyibsə, bu, ağır cinayətin törədilməsinə hazırlıq hərəkətidir: “İnsanın bir orqanının kəsilməsi həmin orqanın öz funksiyasını itirməsinə səbəb olur. Bu da qəsdən sağlamlığa ağır zərər vurma cinayətidir. Belə bir cinayətə hazırlıq hərəkətləri də cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 28-ci maddəsinə görə, cinayət törətmək üçün vasitə, alət axtarma, əldə etmə, cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə cinayətə hazırlıq hesab olunur. Cinayət Məcəlləsinin 28.2-ci maddəsinə görə, yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur. Kiminsə qulağının kəsilməsi haqqında partiya tərəfindən qərar qəbul edilməsi və bu qərarın icra edilməsinin konkret şəxslərə tapşırılması Cinayət Məcəlləsinə görə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif olunur. Belə əməllər Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunur və bu qəbildən olan əməllər ağır cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Cinayət Prosessual Məcəlləsinin 206-cı maddəsinin tələblərinə əsasən o məlumatlar KİV-də dərc olunduğu üçün cinayət təqibi orqanları hazırlanan cinayətə hazırlığa görə cinayət işi başlamalıdırlar. Həmin qərara səs verən şəxsləri Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edib cəzalandırmalıdırlar”.



Qeyd edək ki, Nardaran kəndinin iki sakini - Hacı Hikmət Vəliyev və Hacı Əli Hüseynov - kənddə keçirilən mitinqlərdən birində Azərbaycanın tanınmış siyasətçisini təhdid etdiklərinə görə ölkənin hüquq -mühafizə orqanları tərəfindən saxlanılıb və daha sonra məhkəmə tərəfindən ağır cəzalara ürcah edilib. Bu presedentdən çıxış edərək, Hafiz Hacıyevin də qanunun təqibinə məruz qalacağını gözləmək hər kəsə maraqlı olacaq.


Teqlər:
Bu xəbər cəmi 8855 dəfə oxunuldu
ŞƏRHLƏR
Samir: 
""
Hafiz Hacıyevin belə çağırışında hüquqi baxımdan cinayət tərkibi var.Qəsdən sağlamlığa zərbə vurma -nələr baş verir bu ölkədə ilahi dəhşət !
11.02.2013 / 23:13
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR