Türkiyə vətəndaşı Akkurt Rzanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib avtomobilini qaçıran şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə aprelin 3-də Şirvan şəhərində baş verib.
Türkiyə vətəndaşı “Galaxy” şirkətinin müdiri Akkurt Rza yolda velospeddən yıxılan adam görüb və ona kömək etmək üçün avtomobilindən enib. Yıxılan adama yaxınlaşdığında ona arxadan baş nahiyəsinə küt alətlə xəsarət yetirilib.
A.Rza huşunu itirib, naməlum şəxslər isə salonunda 60 000 manat olan “Toyota” markalı avtomobili qaçırıblar.
Hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq Əhmədov və Ayət Mirzəyev tutulublar.