Xəbər verdiyimiz kimi, hazırda Rusiya, Azərbaycan və İran Xarici işlər nazirlərinin Bakı görüşü davam edir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov 3 tərəfli görüş ideyasının Tehranda prezident İlham Əliyevin iranlı həmkarı Ruhani ilə görüşündə yarandığını qeyd edib:
“O görüşdə Rusiyanin iştirakı ilə 3 tərəfli görüş keçirmək qarara alındı. Aprelin 20-də İran və Azərbaycan tərəflərinin iştirakı ilə 8 km-lik dəmiryol körpüsünün tikilməsi ilə bağlı görüş baş tutacaq. Orada həmçinin gömrük məsələləri, Xəzər dənizi ilə bağlı məsələləri də müzakirə edəcəyik.
İran Xarici işlər naziri Cavad Zərif isə bildirib ki, İran, Azərbaycan və Rusiya ilk növbədə nəqliyyat dəhlizi ilə bağlı bir araya gələcək:
“Biz tarif, gömrüklə bağlı razılaşmalar əldə etdik. Məncə, bu görüş yaxşı başlanğıcdır”
Rusiya XİN rəhbəri Sergey Lavrov da qeyd edib ki, görüş kifayət qədər faydalı olub:
“Bu yol regionda narkotik qaçaqmalçılığı, terrorçuların tranziti üçün istifadə edilir. Bununla bağlı birgə mübarizə müzakirə edildi. Son günlər Qarabağ ətrafında gedən prosesleri, sülhün bərqərar olunmasını müzakirə etdik. Biz prezidentlərə öz görüşümüzün nəticələrini çatdıracağıq”.