Bu gün Türkiyənin məşhur “Gülhane” parkında qorxulu anlar yaşanıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, parkda olan çay evlərinin birinin divarı çöküb. Nəticədə 2 nəfərin qalıqların altında qaldığı bildirilib.
Hazırda ərazidə xeyli sayda xilasedicilər, polis və təcili yardım işçiləri var. Hadisənin baş verməsinə torpaq sürüşməsinin səbəb olduğu göstərilir.