Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya İdarəsi Dağlıq Qarabağ uğrunda son 2 gündə gedən döyüşlər haqda hesabat dərc edib.
“Qafqazinfo” Rusiyanın NTV telekanalına istinadən xəbər verir ki, BMT aprelin 2-sindən Ermənistanın təxribatı nəticəsində başlanan atışmalarda azı 33 nəfərin öldüyünü, 200-dən çox yaralının olduğunu açıqlayıb. Təşkilat bildirir ki, ölənlərdən 30-u hərbçi, 3-ü isə mülki sakindir.
BMT qeyd edir ki, bu hesabat Azərbaycan və Ermənistan tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Xatırladaq ki, Müdafiə Nazirliyi aprelin 2-də 12, bu gün isə 3 Azərbaycan vətəndaşının şəhid olduğu barədə açıqlama verib.