Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabiq mühafizəçisi şəhid olub.
“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, Diyarbəkirdə terror təşkilatı PKK tərəfindən törədilən bombalı hücum zamanı şəhid olan 7 polisdən biri Rəcəb Tayyip Ərdoğanın keçmiş mühafizəçisi olubmuş.
Məlumata görə, 48 yaşlı Necdət Alıcı Ərdoğan baş nazir olarkən onun yanında işləyib. Mersin vilayətinin mərkəzi Toroslar bölgəsindən olan Alıcı burda torpağa tapşırılıb.