Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Tikinti şirkətləri xalqı belə aldadır - Mərkəzi Bank niyə göz yumur?

Tikinti şirkətləri xalqı belə aldadır - Mərkəzi Bank niyə göz yumur?


İqtisadçı ekspert Vüqar Bayramov tikinti şirkətlərinin elanlarda potensial müştərilərini necə aldatdığını açıqlayıb.



“Qafqazinfo”nun verdiyi xəbərə görə, V.Bayramov bildirib ki, tikinti və avtomobil şirkətlərinin reklamlarda “effektiv faiz”lə kredit təklif etməsi vətəndaşı aldatmaq deməkdir:



“Banklardan sonra bir sıra tikinti və avtomobil servis şirkətləri də əhalini aldatmağa və yumşaq desək şirnikləşdirməyə başlayıblar. Yəqin ki, son zamanlar müxtəlif şirkətlərin 4.4 effektiv faizlə mənzil və ya avtomobilin kreditə satışı barədə reklamları ilə tanış olmusunuz. Dünyanın heç bir normal şirkətinin iş təcrübəsində yalnız effektiv faizləri elan etməyə rast gəlinmir. Effektiv faizlər birbaşa müştəriləri aldatmaq və onların real (nominal) olmayan faizlər ilə cəlb etmək məqsədi daşıyır. Əgər müştəri 4.4 faizlə kredit götürə bilməyəcəksə və mənzil və ya avtomobil kreditini rəsmilləşdirən zaman daha yüksək faizlərlə rastlaşacaqsa, belə saxta faizləri elan etmək biznesin ən adi etik prinsiplərinə ziddir. Təbii ki, kredit üzrə effektiv faiz 4.4 faizdirsə o zaman real faiz şərtlərdən asılı olaraq bundan 2 dəfəyə yaxın çoxdur”.



Ekspert bildirib ki, Mərkəzi Bank “effektiv faiz”in elan edilməsini qadağan etsə də, elə özü buna göz yumur:



“Bu ona bənzəyir ki, mağazadan su alırsınız və onun üzərinə 80 qəpik yazılıb, kassaya yaxınlaşın ödəniş edəndə satıcı sizdən 1 manat 20 qəpik tələb edir və deyir ki, su üzərində olan effektiv qiymətdir və ora kommunal xərclər, işçilərin maaşı və s. daxil deyil. Real qiymət 1 manat 20 qəpikdir. Bu 4.4 faiz effektiv faiz elan edib, amma kreditə daha yüksək faiz hesablamaqdan heç də az təəccüblü deyil. Çünki hər iki halda müştərinin aldadılması baş verir. Maraqlıdır ki, ötən il Mərkəzi Bank yalnız effektiv faizin qadağan edilməsi barədə banklara məktub göndərsə də, yenə müştərilərin aldadılması davam edir. Mərkəzi Bank isə buna, yumşaq desək, “göz yumur”. Bir azdan bu şirkətlərin müştəriləri cəlb etmək üçün mənzillərin və ya avtomobillərin effektiv qiymətlərini elan etsələr təəccüblənməyin. Deyə bilərlər ki, hansısa avtomobil 15 min manat effektiv qiymətə təklif edilir. Avtomobili alanda isə deyəcəklər ki, real qiymət 25 min manatdır, elan edilən effektiv qiymət idi. Qəribədir, amma bizdə bu artıq heç kimi yəqin ki, təəccübləndirməz. Təəssüf ki, bəzi şirkətlər biznes etikası və ya müştəri məmnunluğunu deyil, yenə də daha qısa zamanda daha çox gəlir əldə etməyi hədəfləyirlər”.


Teqlər:
Bu xəbər cəmi 1045 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR