Azərbaycan 2016-cı ildə MDB ölkələri arasında rus turistlərin istirahət etmək üçün ən çox seçdikləri ölkədir.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə travel.ru saytı məlumat yayıb. Siyahı müstəqil turistlər tərəfindən bron edilən otellər və mənzillərə görə müəyyən edilib.
Sayt yazır ki, ötən il Azərbaycan 2 milyon turist qəbul edib ki, onların da 685 mini Rusiyadandır. İlk beşliyə Qazaxıstan, Ermənistan, Qırğızıstan, Belorus daxildir.