Somalinin paytaxtı Moqadusidə terror qurbanı olan azərbaycanlının kimliyi müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, türk izləyicilər onunla bağlı məlumatı tvitter sosial şəbəkəsində yerləşdiriblər. Məlumata görə, Kəmalə İsmayılova Türk Özəl Liseyinin müəllimi olub və terror nəticəsində ölən müəllimlərdən biridir.
Onu da əlavə edək ki, K. İsmayılovanın bacısı Gülnar Ərgünəş də İraqda müəllimlik fəaliyyəti ilə məşğul olub, lakin bir neçə il əvvəl dağınız sklerozdan dünyasını dəyişmişdi. VII Türkdilli Mahnı Olimpiadasının finalında onun ailəsinə "Vəfa" mükafatı təqdim edilmişdi.
"APA"nın verdiyi xəbərə görə, terrorda ölən azərbaycanlı Kəmalə İsmayılova Göyçayın Ləkçılpaq kənd sakinidir. Onun iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdiriliblər.