Bu gün Səbail rayon məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayəti bilib gizlətməkdə ittiham olunan “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə növbəti proses keçirilib.
C.Hüseynovun vəkili Adəm Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iclasda vəsatət verərək mərhum Rasim Əliyevin anası Teyfurə Əliyevanın adının şahidlər siyahısından çıxarılmasını istəyib: “Teyfurə Əliyeva bundan öncəki iclaslarda iştirak edib. Qanuna uyğun olaraq, onun şahid qismində dindirilməsi qadağandır. Bizim şahidlərimiz var ki, mərhumun anasının bundan öncəki proseslərdə iştirak etdiyini təsdiqləsin. Növbəti iclasda biz bu vəsatətimizi sübut edəcəyik”.
Vəkil qeyd edib ki, məhkəmə prosesində dövlət ittihamçısı dəyişdirilib: “Yeni ittihamçı Rauf Əsgərov cinayət işi ilə tanış olduğunu və əlavə vaxt istəmədiyini bildirdi”.
Məhkəmə prosesi aprelin 6-da davam etdiriləcək.