Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoruna yazılı xəbərdarlıq edilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar davam yoxlama və araşdırmaların nəticələrini rəhbər tutaraq Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəlilova Hicran Aydın qızına xəbərdarlıq olunub.
Həmçinin, Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Məmmədova Dilarə Nadir qızına yazılı xəbərdarlıq göndərilib.