Moskvada dünən Sank-Peterburqdan olan milyarderə iki sutka həbs cəzası verilib.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi tərəfindən saxlanılan milyarder “Forum” holdinginin sahibi Dmitri Mixalçenkodur. O, spirtli içkilərin qaçaqmalçılığında ittiham edilir.
Milyarderin saxlanılması, həmçinin Mədəniyyət Nazirliyindəki mənimsəmə faktı ilə bağlı da ola bilər. Belə ki, həmin işdə əsas fiqur olan “BaltStroy” şirkəti faktiki olaraq Mixalçenkoya məxsusdur və onun “Forum” holdinginin tərkibindədir.