Ötən il vəfat edən Levent Kırcanın Oya Başardan olan oğlu Umut Kırca ilə qızı Aişə Kırca atalarının mirasından imtina ediblər.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Umut və Aişə məsələ ilə bağlı məhkəməyə müraciət edib.
Tələbi qəbul edən məhkəmə Umut və Ayşe Kırcanın atalarının mirasını rədd etmələri ilə bağlı onların lehinə qərar çıxarıb.
Mirası rədd edən aktyorun övladları, Levent Kırcanın borclarının qaytarılması məsələsində məsuliyyəti öz üzərilərindən atmış olublar.
Qeyd edək ki, aktyor ölümündən 1 ay əvvəl müsahibəsində böyük miqdarda borcu olduğunu açıqlamışdı.