ABŞ prezidenti Barak Obama qızlarının Messi ilə tanış olmaq istədiyini, lakin bunun üçün vaxt ayıra bilmədiyi haqda açıqlamasına Argentinalı futbolçudan cavab gəlib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Argentina səfərində “Qızlarım Papa ilə tanış oldu, indi də Messi ilə görüşmək istəyirlər. Amma hələ ki bu görüşü təşkil edə bilməmişəm” deyən ABŞ prezidentinə cavab olaraq Messi belə bir təklifdən məmnun olduğunu bildirib: “ABŞ prezidentinin bu açıqlamasına təəccübləndim. Obama və qızları ilə tanış olmaq mənim üçün şərəf olardı. Amma bu görüşün nə zaman olacağını bilmirəm”.