İsrailin briqada generalı Munir Amar kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkənin Haaratz nəşri məlumat yayıb. Hadisə ölkənin şimalında qeydə alınıb.
Hərbçi təyyarəni sınaqdan keçirən zaman o qayalıqlara çırpılıb. 47 yaşlı general 3 uşaq atası imiş.
Qeyd olunur ki, Munir Amar təxminən 1 ay əvvəl İordan çayının Qərb sahili regionunda mülki administrasiyada rəhbər posta gətirilmişdi.