İŞİD-in 400 kamikadzeni Avropa ölkələrinə terror törətmək məqsədilə göndərdiyi iddia edilir.
“Qafqazinfo” xəbər verir ki, Associated Press agentliyində yer alan xəbərə görə, təşkilatın bu məqsədlə Avropada özəl düşərgələr qurduğu haqqında məlumatlar var. Avropa və İraqın kəşfiyyat rəsmilərinin bildirdiyinə görə, kamikadzelərə doğru zaman və məkanda bombanı işə salmaq əmri verilib.
Qeyd edək ki, noyabrın 13-də Parisdə terror törədən kamikadzelərdən birinin Avropaya 90 militandan ibarət bir qrupla daxil olduğu irəli sürülmüşdü.