Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

KORRUPSİONER ŞÖBƏ MÜDİRİNİN CƏZASI YÜNGÜLLƏŞDİRİLİB

KORRUPSİONER ŞÖBƏ MÜDİRİNİN CƏZASI YÜNGÜLLƏŞDİRİLİB
Şəki Apelyasiya Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Trend-in məlumatına görə, hakim İnşallah Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Nəriman Səmədovun apelyasiya şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Qərarda qeyd olunur ki, korrupsiya cinayətlərində ittiham olunan Nəriman Səmədovun cəzasından 1 il çıxılıb və barəsində qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Nəriman Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib. İttihama görə, Qəbələ rayon sakini Məcid Həmidovun Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədov tərəfindən oğlunun həyat yoldaşı Vüsalə Aslanlının həmin kolleci müvəffəqiyyətlə bitirməsinə baxmayaraq, diplomun verilməsinə görə ondan pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Müəyyən edilib ki, Nəriman Səmədov 2012-ci ilin aprelində kollecin məzunu Aslanlının həmin təhsil müəssisəsini bitirməsinə dair diplomun verilməsinə görə qayınatası Həmidovdan 500 manat pul tələb edib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səmədov iyunun 28-də xidməti otağında tələb etdiyi pulun müqabilində 400 manatı vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib. Nəriman Səmədovun xidməti otağına və yaşadığı evə baxış aparılan zaman vətəndaşın adına olan əsas təhsil haqqında şəhadətnamənin əsli, doğum haqqında şəhadətnamənin kserosurəti, üzərində vətəndaşların adlarının yazıldığı 2 ədəd zərfin içindən 900 manat məbləğində pul aşkar edilərək götürülüb.

Teqlər:
Bu xəbər cəmi 1490 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR