Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gülər Əhmədovanın işi ilə bağlı reportajlar veriləcək

Gülər Əhmədovanın işi ilə bağlı reportajlar veriləcək
Gələn həftədən “EURONEWS” telekanalı hakim yeni Azərbaycan Partiyasının və Milli Məclisin keçmiş üzvü, indi haqqında cinayət işi qaldırılaraq Bakı İstintaq Təcridxanasında saxlanan Gülər Əhmədovanın rüşvət qalmaqalı ilə bağlı silsilə reportajlara başlayır.


Yeni Müsavat”ın EURONEWS-a yaxın qaynaqlardan əldə etdiyi xəbərə görə, silsilə reportajlar 2005-ci il parlament seçkiləri dönəmində ölkədəki siyasi situasiyanın dəyərləndirilməsindən başlayaraq Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin hakim komandanın yüksək rütbəli məmurları və onların əlaltıları ilə çəkişməsinə qədər bütün baş verənləri əks etdirəcək.



Verilən xəbərlərə görə, “EURONEWS” komandası artıq bir aydan artıqdır çəkilişləri davam etdirir və indi montaj prosesi başa çatmaq üzrədir. Reportajların bir qismi də Azərbaycanın hakim ailəsinin adı hallanan irimiqyaslı korrupsiya faktlarını əhatə edəcək.



Bunun üçün EURONEWS komandası Azərbaycan hakimiyyətində təmsil olunan şəxslərin, eləcə “Gülərgate” qalmaqalında adı çəkilən məmurların mülkləri olan bir neçə ölkədə də çəkiliş aparıb. “EURONEWS”-un araşdırdığı mövzular sırasında Gülər Əhmədova ilə Elşad Abdullayev arasında vasitəçilik edən Sevinc Babayevanın Türkiyədə müəmmalı şəkildə vəfat etməsi də var.



Onu da yada salaq ki, ötən ilin mayında da “EURONEWS” Azərbaycanla bağlı silsilə reportajlar təqdim etmişdi. O zaman əhalisi səfalət içərisində yaşayan, insan haqları kobud şəkildə pozulan Azərbaycanın “EUROVİSİON” mahnı müsabiqəsinə milyardlar xərclədiyindən söz açılırdı.


Teqlər:
Bu xəbər cəmi 1850 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR