Rusiyanın Donetsk şəhər məhkəməsində ukraynalı qadın pilot Nadejda Savçenkonun işilə bağlı hökmün oxunmasına başlanıb.Nadejda Savçenko Donbasda iki rusiyalı jurnalistin ölümündə əli olmaqda ittiham olunub.
"Qafqazinfo" BBC-yə istinadən xəbər verir ki, hakim hökmü oxumaqda davam edir.
Rusiya müstəntiqləri ukraynalı qadın hərbi qulluqçunu 2014-cü ildə Ukraynanın Luhansk vilayətində iki rusiyalı jurnalistin ölümünə səbəb olmuş hərəkətlərdə ittiham ediblər.
İstintaqın iddia etdiyinə görə, Nadejda Savçenko rusyalı jurnalistlərin ölümünə səbəb olmuş top atəşini istiqamətləndirənlərdən olub.
Savçenko bu ittihamları rədd edir.
Savçenkonun vəkilləri hərbçi qadının jurnalistlər sağ ikən əsir düşdüyünü deyirlər.