Xəbər verdiyimiz kimi, Belçikada yaşayan türk vətəndaşları PKK-nın qurduğu çadırı yandırıblar.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, xarici işlər naziri Mevlut Çavuşoğlu bu səbəbdən həmkarı Reynderslə telefon əlaqəsi saxlayıb.
Türkiyənin PKK mövzusunda həssas olduğunu bildirən nazir terror təşkilatının Avropa Birliyinin qarşısında belə bir çadır qurmasının qəbul edilməyəcəyini söyləyib:
“Terror təşkilatının təşviqat kampaniyasını söz və toplaşmaq azadlığı adlandırmaq olmaz. Bu kimi təşkilatlar arasında hər hansı bir fərq qoyulmamalıdır. Terrora qarşı ikili mövqe göstərmək də olmaz. PKK da İŞID kimi terror təşkilatıdır”.
Bundan başqa, Belçikanın Ankaradakı səfiri də XİN-ə çağırılıb və səfir Trentssauya Brükseldəki PKK çadırını Türkiyənin protesto etdiyini bildirilib.