Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov həbs olunub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə “Azadlıq” qəzetinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Vəli Ələsgərovun barəsində martın 7-də həbs-qətimkan tədbiri seçilib. O, hazırda Naxçıvanda istintaq təcridxanasında saxlanılır. İstintaqı isə Naxçıvan MR prokurorluğu aparır. Keçmiş nazirə qarşı CM-nin 179-cu (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürüldüyü bildirilir.
Məlumata görə, onun həbsindən dərhal sonra 50-yə qədər qohumu işdən çıxarılıb.