Hər insanın səsi ona məxsusdur və eyni səsdə danışan ikinci bir şəxs yoxdur.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bunun bir çox səbəbi var, əsası isə üz, ağız quruluşu, diş və üz quruluşunun insanlara görə fərqli olmasıdır. Zahirən bir-birinə bənzəyən insanların səslərində də bənzərlik olur. Səs rənginə təsir edən başqa bir nüanslar isə insanların vərdişləri, səs tellərinin uzun və qısalığı, qalınlığı, qırtlaqdır.
İnsan səsi də barmaq izi kimi bənzərsizdir. Bu səbəbdən texnoloji cihazlarla səsin kimə məxsus olduğunu tapmaq çox asan olur.